Xəbər lenti 
					
 
		Bu sahələr üzrə müəllimlər axtarılır - SİYAHI
Pedaqoji kadrların işə qəbulu üzrə komissiya III müsabiqəni elan edib.
Manevr.az bildirir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədi ilə 2015/2016-cı tədris ilindən etibarən sözügedən məktəblərə pedaqoji kadrların işə qəbulu vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.
Bununla əlaqədar olaraq müvafiq komissiya 2016/2017-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə növbəti III müsabiqəni elan edir.
Müsabiqənin aparılması qaydaları; məktəblərin vakant yerləri və ünvanları haqqında məlumat; elektron ərizənin forması nazirliyin rəsmi internet saytının (www.mct.gov.az) elanlar bölməsində yerləşdirilmişdir.
Əlavə məlumat almaq üçün müsabiqə komissiyasının katibliyinə müraciət etmək olar: Tel.: (+994) 12 436 80 96; (+994) 12 436 74 18
Vakant yerlər: http://mct.gov.az/upload/14712680141455108771mtsh_elaqe.pdf
http://mct.gov.az/upload/1471269740elektron_erize.doc
http://mct.gov.az/upload/1471269747musabiqe_qaydalari.docx
http://mct.gov.az/upload/1471269754tel_nomre.doc
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















