Xəbər lenti 
					
 
		Bakı ətrafında bir neçə ali məktəbin yaradılması təklif olunur

Bakı şəhərinin 2035-ci ilədək Ərazidən İstifadə və Zonalaşdırma Planına (baş plan) əsasən, Bakətrafı ərazilərdə bir neçə ali məktəbin və onların filialının yaradılması nəzərdə tutulub.
"APA-Economics" adıçəkilən sənədə istinadən xəbər verir ki, sənəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.
Qeyd edilən müddətədək Ələt qəsəbəsində biznes idarəçiliyi üzrə ixtisaslaşmış yeni universitetin yaradılması təklif edilir. Bununla yanaşı, Ələtdə ticarət, Qobustanda isə metallurgiya sektorları üzrə ixtisaslaşmış peşə təhsili müəssisələri yaradıla bilər.
Baş planda qeyd edilib ki, 2035-ci ilədək Mərdəkan qəsəbəsində kənd təsərrüfatı, turizm, və səhiyyə sektorları üzrə ixtisaslaşmış universitetin yaradılması məqsədəuyğundur. Zirə qəsəbəsində isə Mərdəkanda təklif edilən universitetin filialı açıla bilər. Bundan başqa, Türkan qəsəbəsində turizm sektoru üzrə ixtisaslaşmış peşə məktəbinin yaradılması da təklif edilir.
Sənədin müəllifləri hesab edir ki, Lökbatanda və Xırdalanda fəaliyyəti yerli əmək bazarı tələbləri ilə uyğunlaşan peşə məktəblərinin yaradılması məqsədəuyğundur.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















