Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

Tarix: 19-12-2016 15:25     Baxış: 3561 A- / A+
Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

Dövlət İmtahan Mərkəzi (DİM) hər il imtahan qaydalarına müəyyən dəyişikliklərin edilməsinin səbəblərini açıqlayıb.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bakı şəhəri üzrə 2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına həsr olunan konfransda bildirib ki, onlara hər il imtahanların qaydalarının dəyişilməsinin səbəbləri ilə bağlı müxtəlif suallar verilir: “Sual verənlər təhsillə bağlı dövlət tərəfindən qəbul edilən sənədlərlə tanış olsunlar. Bunlar təhsil mühitini formalaşdıran sənədlərdir və biz onları icra edirik. İmtahanlarda dəyişiklərin edilməsi bu səbəblərlə əlaqədardır. Hər bir imtahan layihələşdiriləndə onun məqsədi də müəyyənləşməlidir. Qəbul imtahanları zamanı məzunlar arasından ən yaxşılarını seçməliyik. Buraxılış imtahanları zamanı isə uşaqların bilik və bacarıqlarının müəyyən dövlət standartlarına uyğunluğu yoxlanılır. Həmin məqsədə görə ölçmə materialları-testlər fərqli olur”.

M. Abbaszadə qeyd edib ki, bu gün DİM-in təhsil bazasında IX sinifdə təhsil alan şagirdlərin sayı 113 min nəfərdir. Onlardan 85 mini nəfəri müəyyən imtahanlardan keçib: “2013-cü ildən ölkədə monitorinq imtahanlarının keçirilməsinə başlanılıb. 2013-2016-cı illərdə 85459 şagird monitorinq imtahanlarında iştirak edib. Onlardan 39575-i Azərbaycan dili, 40234-ü riyaziyyat, 5650-si isə rus dilindən imtahan verib.

Bu nəticələr əsasında geniş araşdırmalar aparılıb. 2016-cı ilin əvvəlində monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili jurnal şəklində hazırlanaraq ictimaiyyətə açıqlanıb. Bu jurnalı elektron formada da saytdan yükləmək mümkün olub. Bir ildə yükləmələrin sayı 3400-ə yaxın idi və əsas yükləmələr xaricdən edilib. Son 2 ayda isə müxtəlif bölgələrdə pedaqoji işçilərlə keçirilən görüşlərin nəticəsi olaraq, 500 əlavə yükləmə olub. Yükləmələr hazırda pulsuz olduğundan məsləhət görərdim ki, onları indidən yükləyəsiniz. Çünki yanvarın 1-dən bu yükləmələrin qiyməti heç olmasa 1 manat olacaq”.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar