Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"İmtahanların ödənişli olması ilə bağlı Nazirlər Kabinetinin qərarını gözləyirik"

Tarix: 14-12-2016 13:29     Baxış: 4480 A- / A+
"İmtahanların ödənişli olması ilə bağlı Nazirlər Kabinetinin qərarını gözləyirik"

"Azərbaycanda buraxılış imtahanlarından başqa digər növ imtahanların ödənişli olması üçün həmin xidmətlər Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir".

Manevr.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları"nın təsdiq edilməsi ilə əlaqədar bu gün keçirdiyi brifinqdə deyib.

M.Abbaszadə əlavə edib ki, bu barədə qərar verildikdən sonra imtahanların maliyyələşdirilməsinin hansı formada olacağı ilə bağlı müzakirələr aparılacaq.

M.Abbaszadənin sözlərinə görə, imtahanların hansı formada keçirilməsi isə bağlı işçi qrupu səviyyəsində müzakirələr daim aparılır:

"DİM-in, Tarif Şurasının mütəxəssisləri, iqtisadçılarla birgə müzakirələr aparılır. Amma bunu hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabineti qərar verilməlidir. Prezident İlham Əliyevin aprel ayında verdiyi fərmanla Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmanda nəzərdə tutulan məsələlərə uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Uyğunlaşdırma aparıldıqda artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Bununla əlaqədar hələ qərarı gözləyirik. Sonra ictimaiyyətə yeniliklər barədə açıqlama verə biləcəyik".

Qeyd edək ki, Azərbaycanda cari ilin aprel ayında təsdiq edilmiş Dövlət İmtahan Mərkəzinin (DİM) Nizamnaməsinə əsasən, DİM publik hüquqi şəxsdir (TQDK və DQMK kimi mərkəzi icra hakimiyyəti orqanı deyil) və gələn ildən DİM-ə müvafiq fərmanla həvalə olunmuş vəzifələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb.

M.Abbaszadə bir müddət əvvəl Trend-ə verdiyi açıqlamasında bildirmişdi ki, bununla əlaqədar yalnız IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq. DİM publik hüquqi şəxs olduğundan dövlət digər növ imtahanları maliyyələşdirməyəcək.

Bir necə gün əvvəl təsdiqlənən "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları"na əsasən, buraxılış imtahanları dövlət büdcəsi hesabına keçiriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar