Xəbər lenti
Təhsil Nazirliyi deputatın şikayətinə cavab verdi
Təhsil Nazirliyi millət vəkili Elmira Axundovanın orta məktəblərdə istilik probleminin olması ilə bağlı Milli Məclisdə qaldırdığı məsələyə münasibət bildirib.
Nazirlikdən cavab olaraq bildirilib ki, Respublikada məktəblərin əksəriyyəti istiliklə təmin olunub və yaranan problemlər aidiyyəti qurum tərəfindən müraciət əsasında baxılır.
Məlumata bildirilib ki, məktəblər 3 növ isidilmə üsulu ilə qızdırılır: “Fərdi qazanxanası olan, mərkəzləşdirilmiş istiliyə qoşulan və digər yanacaq növləri ilə işləyən məktəblər. Məktəblərin əksəriyyəti istiliklə təmin olunub, Bir sıra hallarda yaranan problemlər əsasən təzyiqin zəif olması və eyni zamanda məktəblərin qazanxana sistemindəki nasazlıqla bağlı olur”.
Qeyd edək ki, Milli Məclisdə keçirilən büdcə müzakirələrində çıxış edən deputat Elmira Axundova “Azəristiliktəchizat” ASC-nin fəaliyyətindən narazılıq edib. Deputat bəzi məktəblərdə istilik sisteminin işləmədiyini deyib: “Azərbaycanda məktəblər inşa olunur və istilik sistemi qurulur. Amma bəzi məktəblərdə istilik sistemi işləmir. Məndə olan məlumata görə, hazırda 100-ə yaxın məktəbdə bu problem mövcuddur. Nəticədə şagirdlər soyuqda dərs öyrənməli olur. Bu problem öz həllini tapmalıdır”.AzVision.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar