Xəbər lenti 
					
 
		İspanaq partlayıcı maddələri aşkar etməyə kömək edəcək

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları partlayıcı maddələrin aşkarlanması üçün qeyri-adi layihə təqdim ediblər. Belə ki, tədqiqatçılar adi ispanaq əsasında detektor yaradaraq bitkiyə karbon nanoborular və sensorlar quraşdırıblar. Nəticədə sensorlar nitroaromatik birləşmələrə reaksiya verməyə, karbon nanoborular isə daim siqnal ötürməyə uyğunlaşdırılıb.
Trend "nanonewsnet.ru" saytına istinadən məlumat verir ki, qrunt sularında hər hansı təhlükəli birləşmə aşkar olunarsa, 10 dəqiqə sonra yarpaqlara çatır və siqnal dəyişir. Təhlükəli birləşmə “Raspberry Pi” mikrokompüterinə qoşulmuş kiçik infraqırmızı kameranın köməyilə müşahidə oluna bilər. İstehsalçıların sözlərinə görə, onu adi smartfon kamerası vasitəsilə də görmək mümkün olacaq.
Tədqiqatçılar bildirir ki, bitkilər ətraf mühitə çox həssaslıqla reaksiya verir. Onlar quraqlıq olacağını əvvəlcədən hiss edir, torpağın xüsusiyyətlərində və onun su potensialında baş verən kiçik dəyişiklikləri aşkar edirlər. Bu kimyəvi siqnallardan istifadə olunsa, böyük miqdarda informasiya əldə edilə bilər.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















