Xəbər lenti
Bakıda müəllimlər ayağa qalxdı : 50 minə yaxın pulları Finlandiya yolunda batdı - ŞİKAYƏT
Manevr.az Bakıda 39 müəllimin aldadılaraq Finlandiyaya səfər etmək adıyla böyük məbləğdə pullarının əlindən alındığı haqda şikayət var.
Bu barədə “A24.az”a danışan orta məktəb müəllimi Vəfa Bədirova onları aldadan “Proloq İnkişaf Mərkəzi”nin təşkil etdiyi səfərin səfirlik tərəfindən rədd edildiyini və bunun birbaşa mərkəzin düzgün olmayan fəaliyyəti ilə bağlı olduğunu danışdı.
“39 müəllim “Proloq İnkişaf Mərkəzi”ylə müqavilə bağlamışdıq və mayın 24-də Finlandiyaya səfər etməli idik. Əslində bu səfərlə bağlı müraciət fevral ayından başlayıb və biz martda getməli idik, növbədən kənar prezident seçkiləri olduğu üçün alınmadı. Çünki bizimlə birlikdə bir neçə direktor da gedirdi, onlar da seçki məntəqəsinə sədrlik edirdilər deyə, ölkəni tərk edə bilməzdilər. Ona görə də bu səfər may ayına qaldı. Belə ki, ötən ayın 24-də biz müəllimlər Finlandiyada təhsil forumuna getməli idik. Həmin günü səfirlikdən bütün müəllim heyətinə rədd cavabı gəldi və bir neçə səbəb göstərildi. Səbəblərdən biri də bu idi ki “Proloq İnkişaf Mərkəzi” işini tam qura bilmədiyinə görə, səfər baş tutmayıb.
Müəllimlərin çoxu, mən də daxil olmaqla səfər üçün 650 dollar pul ödəyib. Tam ödəniş isə 1200 dollardır, biz isə yarısını ödəmişdik. Aramızdan bir neçə müəllim tam məbləği – 1200 dolları ödəyib. Hər birinin də müqaviləsi və çeki əlimizdədir, amma pullarımızı qaytarmırlar. Elə deyirlər səbr edin, verəcəyik, gözləyin. Artıq gözləməyə səbrimiz daralıb, üzərindən 1 ay keçib. Bunlar da hər dəfə bir bəhanə gətirirlər, deyirlər ki, “biletlərə pul ödəyib almışıq, pullarını geri almalıyıq ki, sonra da sizə qaytaraq. Hələ ki, gözləyin”. Amma bu “hələ ki” nə vaxta kimi uzanacaq bilmirik”.
Vəfa xanım deyir ki, “Proloq İnkişaf Mərkəzi” AF Mall ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşir. Mərkəzin əsas rəhbəri kimi Orxan Həsənoğlu gedir, pulları isə Həcər xanıma ödəyiblər. Finlandiyaya da rəhbər şəxs kimi müəllimlərlə birlikdə gedəcək şəxs Həcər xanım olacaqmış. Lakin onun da vizasına səfirlikdən rədd cavabı verilib. Vəfa müəllimənin sözlərinə görə Orxan Həsənoğlunun şəxsi feysbuk səhifəsinə dəfələrlə yazırlar, lakin mərkəzin məsul şəxsi müəllimlərin yazdıqlarını dərhal pozur. Artıq kobud şəkildə cavab verir, hətta ona yazan bütün müəllimləri səhifəsində blok da edib.
Səbrlərinin tükəndiyini deyən Vəfa Bədirova, Səbinə Hüseynova bu həftə bütün müəllimlərlə birlikdə mərkəzə gedəcəklərini və ödədikləri pulları tələbə edəcəklərini dedilər:
“Orda cəmi 8 nəfərin pulunu qaytarıblar. Düşünürük ki, yəqin həmin 8 nəfər məktəb direktorlarıdır. Özləri səhifədə yazmışdı ki, biz 39 nəfərdən 8-nin pulunu qaytarmışıq, qalıb 31 nəfər.
Biz bu həftənin 3-cü günü, yəni iyunun 27-də saat 3-də bütün müəllimlərlə birlikdə həmin mərkəzə gedib etiraz edərək pulumuzu tələb etmək istəyirik”.
Məsələ ilə bağlı “Proloq İnkişaf Mərkəzi”ylə əlaqə saxladıq. Mərkəzin İcraçı direktoru Həcər Şirinova Orxan Həsənoğlunun adından danışaraq bildirdi ki, onlar kimsəyə “pullarınızı qaytarmayacağıq” deməyiblər:
“Müəllimlərin iddiasını başa düşürəm və 39 müəllimin içində biri də mənəm. Mənim də hüquqlarım Norveç krallığının Azərbaycandakı səfirliyi tərəfindən tapdalanır.
Orxan müəllimin də adından danışaraq deyəcəm ki, biz kimsəyə “pulunuzu alıb geri qaytarmayacağıq” deməmişik. Müəllimlərə yazdığım smslər də, onların mənə yazdıqları da durur. Biz heç kimə “pulunuzu qaytarmırıq” demirik, çünki onların pulu bizdə deyil. Biz həmin pulu Ukrayna Hava Yollarına bilet üçün və “Scandic Grand Marina Hotel”ə ödəmişik. Kim ki bizə pulu tam ödəyib (tam məbləğ 1295 dollar) həmin insanlara 385 dolları geri qaytarmışıq, yəni otel, bilet və viza pulunu çıxmaq şərtiylə. Yerdə qalan məbləğ isə Ukrayna Hava Yollarına bilet, “Scandic Grand Marina Hotel”ə müəllimlərin otel pulu və 35 avro da onların vizası üçün ödənilən puldur.
Pulların qaytarılmasıyla bağlı bu sözlərimi müəllimlərə də demişəm: əgər biz pulları alıb qaytarmayan bir qurum, şirkət olsaydıq mən telefonumu söndürər, qapını da bağlayardım, o zaman tapın məni görüm hardan tapırsız?!
Layihənin Kordinatoru olan Həcər Şirinova qeyd etdi ki, pulların geri qaytarılmasıyla bağlı yaranan başlıca problemin səbəbkarı Norveç Krallığıdır.
“Norveç Krallığının Azərbaycandakı səfirliyi viza üçün mayın 1-i müraciət etməyimizə baxmayaraq, normalda 8-15 gün ərzində cavab gəlir, mayın 22-sində bizə rədd cavab verdilər. Normalda Ukrayna Hava Yollarının və otelin də əsasnaməsi var ki, əgər sizin vizanıza rədd cavabı gəlirsə, məktub və pasportun şəklini çəkib göndərin, biz də 24 saat ərzində pulu sizə geri qaytaraq. Mayın 24-ü uçmalı idik. Bizə isə mayın 22-si və 23-də rədd cavabı gəlib. Azərbaycanda isə həm vizanı, həm də pastortu saat 4-dən sonra götürmək olur. Yəni ayın 23-ü pasportu götürəndə mayın 24-ü ilə arasında maxsimum 10-12 saat fərq olur. Ukrayna Hava Yolları da deyir ki, bizim əsasnaməmiz budur. Amma biz yenə də müraciət və xahiş etdik, onlar da bildirdilər ki, bizə vaxt verin, 1 ay müddətində məsələni həll edək. Mən də müəllimlərə bütün bunları izah edərək demişəm ki, “sizə pullarınızı qaytarmırıq” demirik. Biz bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə, Prezident Administrasiyasına, Təhsil Nazirliyinə məktub ünvanlamışıq. Əslində imtina məktubunda müəllimlərin hüquqları tapdalanıb. Deyilib ki, Azərbaycanda olan maliyyə və siyasi səbəblərdən dolayı bizim təcrübəmiz onu göstərir ki, Azərbaycandan olan vətəndaşlar başqa ölkələrdə immiqrant kimi yerləşirlər. Onlar bu qədər müəllimi təhqir edərək onları immiqrant yerinə qoyublar. Biz də onların hüquqlarını qorumaq üçün bu məsələylə bağlı mayın 29-u Xarici İşlər Nazirliyinə məktub ünvanlamışdıq. Keçən həftə məktubumuza cavab gəlib. Həmin məktubu da mərkəzin direktoru Orxan Həsənoğlu şəxsi feysbuk səhifəsində paylaşıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar