Azərbaycanda abituriyentlərlə bağlı maraqlı FAKTLAR - 2 ən yaşlı abituriyentin 71 yaşı olub » Manevr.az
Sizin Reklam Burada
Xəbər lenti
18 avqust
17 avqust
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda abituriyentlərlə bağlı maraqlı FAKTLAR - 2 ən yaşlı abituriyentin 71 yaşı olub

Tarix: 13-06-2018 15:08     Baxış: 4162 A- / A+
Azərbaycanda abituriyentlərlə bağlı maraqlı FAKTLAR - 2 ən yaşlı abituriyentin 71 yaşı olub


Son 10 il ərzində Azərbaycanda yaşı 50-dən çox olan 155 abituriyent ali məktəbə qəbul olmaq üçün sənəd verib, onlar arasında ən yaşlı 2 nəfərin 71 yaşı olub.

Manevr.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2009-cu ildə ali məktəbə qəbul olmaq üçün yaşı 50-dən çox olan 10 nəfər sənəd verib. Həmin ildə onlardan ən yaşlısının 59 yaşı (1950-ci il təvəllüdlü) olub. 2010-cu ildə 9 (ən yaşlısı 1939-cu il təvəllüdlü), 2011-ci ildə 13 (ən yaşlısı 1939-cu il təvəllüdlü), 2012-ci ildə 19 (ən yaşlısı 1955-ci il təvəllüdlü), 2013-cü ildə 13 (ən yaşlısı 1956-cı il təvəllüdlü), 2014-cü ildə 22 (ən yaşlısı 1956-cı il təvəllüdlü), 2015-ci ildə 19 (ən yaşlısı 1959-cu il təvəllüdlü), 2016-cı ildə 23 (ən yaşlısı 1958-ci il təvəllüdlü), 2017-ci ildə 16 (ən yaşlısı 1959-cu il təvəllüdlü), 2018-ci ildə 11 nəfər (ən yaşlısı 1960-cı il təvəllüdlü) yaşı 50-dən çox olan abituriyent ali məktəbə qəbul olmaq üçün sənəd verib.

Son 10 ildə ali məktəbə sənəd verən 155 nəfər yaşlı abituriyentin yalnız 7-si ali məktəbə qəbul olub. 2009-cu ildə yaşı 50-dən çox olan 1, 2010-cu ildə 1, 2013-cü ildə 2, 2014-cü ildə 1, 2015-ci ildə 1, 2017-ci ildə 1 nəfər ali məktəbə qəbul ola bilib.

Yaşı 50-dən çox olan abituriyentlərin çoxu ilk dəfə ali təhsil almaq üçün sənəd verənlərdir.

Ümumilikdə 155 abituriyentin 27-si ali təhsilli, 128-i isə ali təhsili olmayan olub. Yeri gəlmişkən qeyd edək ki, bu il ali məktəbə sənəd verən yaşı 50-dən çox olan 11 abituriyentin heç birinin ali təhsili yoxdur.

Yaşı 50-dən çox olan abituriyentlərin qəbul olunduqları ixtisaslara gəldikdə, 2009-cu ildə 1 nəfər Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz mühəndisliyi (qiyabi), 2010-cu ildə 1 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinin dizayn (əyani), 2013-cü ildə 2 nəfər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması (əyani) və Azərbaycan Dillər Universitetinin Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə, əyani), 2014-cü ildə 1 nəfər Naxçıvan Dövlət Universitetinin riyaziyyat müəllimliyi (qiyabi), 2015-ci ildə 1 nəfər Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri (qiyabi), 2017-ci ildə 1 nəfər Azərbaycan Kooperasiya Universitetinin metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi (əyani) fakültəsinə qəbul olub.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar