Xəbər lenti
Qəbul planı AÇIQLANDI: Tibb Universitetində plan yerləri azaldıldı

"2018-2019-cu tədris ili üçün bakalavr səviyyəsi üzrə qəbul planı təxminən 2303 yer (5,37 %) artırılaraq 45159-a çatdırılıb".
Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, heç bir ixtisas qrupu üzrə qəbul planında azalma yoxdur: "İxtisas qrupları üzrə artım müxtəlifdir. Qəbul planı I ixtisas qrupunda 4%, II qrupda 3,5%, III qrupda 9%, V qrupda isə 8% artıb".
M.Abbaszadə əlavə edib ki, qəbul planında dövlət sifarişli yerlərin sayı 1,3 % artıb: "Bu da keçən illə müqayisədə 32 yer artım deməkdir. Müxtəlif artma o demək deyil ki, bütün universitetlərdə plan yerlərinin sayı artıb. Misal olaraq, Azərbaycan Tibb Universitetində plan yerlərinin 26 % azalıb. Müəyyən universitetlərdə isə yeni ixtisaslar açılaraq plan yerlərinin sayı artıb".
Direktorlar Şurasının sədri vurğulayıb ki, 9 illik bazadan kolleclərə qəbul planı 5% (572 yer) azalıb, 11 illik orta təhsil bazadan isə qəbul planı ötən ilə nisbətən 21% artıb: "11 illik bazadan kolleclərə qəbul planı 9 687 yerdir. Keçən il isə bu rəqəm 8004 idi. Təxminən 1683 yer artıb".(report)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar