Xəbər lenti
BDU-da 600-dan çox bal toplayan tələbələrlə bağlı YENİLİK
Son illər BDU-da elm və təhsilin inteqrasiyası, elmi potensialın gəncləşdirilməsi, gənc nəslin hələ tələbəlik illərindən elmi fəaliyyətə cəlb edilməsi məqsədi ilə bir sıra islahatlar və intensiv işlər aparılır.
Bu işlərin davamı kimi bu il 600-dən yuxarı bal toplayaraq universitetə qəbul olunmuş, o cümlədən elmi işə xüsusi maraq göstərən 312 nəfər tələbənin birinci kursdan başlayaraq elmi fəaliyyətə cəlb edilməsi məqsədi ilə onların hər birinə professor-müəllim və elmi işçilər sırasından elmi rəhbərlərin təyin olunması barədə sərəncam imzalanıb. Sərəncama əsasən elmi rəhbərlər tələbələrlə söhbət edərək onları müvafiq kafedralarda aparılan elmi tədqiqat işlərinin istiqamətləri və metodları ilə tanış etməli, maraq dairələrini müəyyən edərək uyğun mövzular üzrə elmi-tədqiqat işinə cəlb edilməsini təmin etməlidirlər.
Sərəncamda nəzərdə tutulur ki, movzular muəyyənləşdirilərkən, еlmin, təhsilin muasir və pеrspеktiv inkişafı, elm və təhsil qarşısında duran rеal vəzifələr, təhsil islahatları, dovlətin elm və təhsil sahəsindəki siyasəti, habelə kafеdranın еlmi-tədqiqat işlərinin əsas istiqamətləri nəzərə alınmalı və mövzular kafedra iclaslarında ətraflı müzakirə edilərək təsdiq olunmalıdır. Tələbələrin elmi fəaliyyəti və aldığı nəticələr hər ilin sonunda kafedra iclaslarında müzakirə edilərək qiymətləndirilməli, onların aldığı elmi nəticələrin konfranslarda məruzə edilməsi və elmi jurnallarda çap edilməsi təmin edilməlidir.(modern.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar