Xəbər lenti
Diplomların tanınmasının yeni qaydaları barədə – Nazirlikdən açıqlama

Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumat bazası istifadəyə verilib.
Manevr.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi xəbər yayıb.
Bildirilib ki, məlumat bazasına Təhsil Nazirliyinin saytındakı “Nostrifikasiya” bölməsinin “Tanınan diplomların sahibləri barədə məlumat bazası”(http://edu.gov.az/az/nostrification/search) keçidindən daxil olmaq olar.
Bazanın yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.
Məlumat bazasında ilkin olaraq 13 may 2013-cü il tarixindən bu günə kimi ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumatlar yerləşdirilib. Axtarış panelində diplomu təsdiq olunmuş şəxsin soyadı, adı və atasının adı yazılmaqla onun təhsil aldığı ölkə, müəssisə, ixtisası və təhsil səviyyəsi barədə məlumatları əldə etmək mümkündür. Məlumat bazası mütəmadi olaraq yenilənəcəkdir.
Bazadakı məlumatlardan həm nostrifikasiya olunmuş diplomların sahibləri, həm də onları işəgötürənlər yararlana bilərlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar