Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq təcrübəyə istinad etmək, onu olduğu kimi “kopiyalamaq” demək deyil…

Tarix: 23-04-2018 16:44     Baxış: 2536 A- / A+
Beynəlxalq təcrübəyə istinad etmək, onu olduğu kimi “kopiyalamaq” demək deyil…


Yoxsa ki,…“nə var-nə var, dünya təcrübəsində belə bir şey var ”Təhsilin vəzifəsi təhsilalanlara sistemləşdirilmiş bılik, bacarıq və vərdişlər aşılamaq, onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi müəyyənləşdirildiyi halda, təhsil alanlarımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda çətinliklərlə üzləşirlər, özlərinə karyera qurmaq üçün əlavə hazırlıq keçməli, müvafiq kursları bitirməli , təlimlərə, treninqlərə cəlb olunmalı, əlavə olaraq müsabiqə, müsahibə və imtahan prosedurlarına cəlb olunmalıdırlar.

Təhsil haqqında Qanunun 1.0.34. maddəsinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsi, 1.0.35. maddəsinə əsasən isə magistr - magistraturanı bitirmiş şəхslərə verilən ali elmi-iхtisas dərəcəsidir. (1.0.7. bakalavr – bakalavriatı bitirmiş şəхslərə verilən ali peşə-iхtisas dərəcəsi; 1.0.8. bakalavriat – müvafiq ixtisaslar üzrə geniş prоfilli mütəхəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi.) Halbuki, belə təsnifat bir çoxlarına bakalavriat təhsilinın yarımçıq, kollec, “köhnə dildə” desək texnikum səviyyəsi kimi dəyərləndirməyə, magistraturanı bitirənlərə isə sadəcə olaraq əvvəllərdə olduğu kimi ali təhsili bitirənlər kimi yanaşmağa “əsas” verib.

Həmin Qanunun 22.3.maddəsinə əsasən “Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta iхtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil prоqramları üzrə geniş prоfilli ali təhsilli mütəхəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqоji fəaliyyət istisna оlmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”

Elə həmin Qanunun 22.4. madəsinə əsasən isə “Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı iхtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqоji işlərlə məşğul оlmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”

Indi gəlin görək, bəhs etdiyimiz Qanunun “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” müddəsındakı qaydalar hansı səviyyədə dərəcədə müəyyən edilib, və müəyyən edilən qaydaların mexanizmi nə dərəcədə işləkdir? Hazlrda bakalavriat və maqistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. Işdir, sənə hansısa bir ış təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq.

Digər bir məsələ. Bəyənmədiyimiz Sovet dönəmində təhsi məktəbəqədər tərbiyədən başlamış, texniki-peşə təhsili də daxil olmaqla ümumi orta təhsil, orta ixtisas təhsili, ali təhsil və akademik təhsil sayılan aspiranura pillələrindən formalaşırdı. Ümumtəhsil məktəblərində ümumi təhsil üç səviyyədə həyata keçirilirdi - ibtidai təhsil, əsas (natamam orta) təhsil və orta təhsil. Ölkəmizdə ümumi orta təhsil icbari idi. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin II bəndində "Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir" müddəası təsbit edilmişdi.

Ölkəmizdə ümumi orta təhsil hal-hazırda da icbaridir, lakin necə? Çox sadəcə... Konstitusiya ilə ziddiyyət təşkil etməsin deyə, əvvəlki təsnifatdakı “əsas” (natamam orta) təhsil pilləsini “ümumi orta təhsil”, ümumi orta təhsil pilləsini isə “tam orta təhsil” etməklə, “ümumi orta təhsil” pilləsi yenə də icbariliyində, Əsas Qanunumuz da kı, toxunulmazlığında qaldı.

Buna müvafiq olaraq, IX və XI sinifləri bitirənlərə verilən dövlət təhsil sənədinin adı eyniləşdirildi. Yəni, onlardan birinin şəhadətnamə, digərinin isə attestat adlandırılması mahiyyət etibarilə məqbul sayılmadı. Ona görə də ümumi orta təhsil səviyyəsini bitirmiş məzunlara verilən təhsil sənədinin “ümumi orta təhsil haqqında attestat” adlandırılması məqsədəuyğun hesab edildi. Eyni zamanda, yeni attestatların formatı da təkmilləşdirilib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” və attestat nümunələri yeni redaksiyada təsdiq edilib.

IX sinifləri “ümumi orta təhsil” qrafasına salaraq, “dünya təcrübəsində də belə bir şey” var düşüncəsi ilə onlara da attestat verməklə nəyə nail olduq... “IX sinifdə buraxılış imtahanını verdikdən sonra 30% şagird X-XI sinfə keçmir. Onlar məktəbi atıb, əmək bazarına gedirlər. Peşə məktəblərinə isə cəmi 1-2% şagird gedir” Bir halda ki, 12 illik təhsili hədəfləmişik, olmazdımı bir az da səbr edib, birdəfəlik 10+2 sisteminə keçəydik? Səhv edirik, özümüzə bəraət qazandırmaqda çıxış yolunu səhflərimizi etiraf etməkdə görürük. Etiraf edə-edə gedirik...Haraya və nə vaxta qədər...?

Nadir Israfilov, təhsil eksperti

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar