Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Abituriyentlərə ödənişsiz kömək edəcək mərkəzlər yaradıldı

Tarix: 10-04-2018 13:36     Baxış: 3526 A- / A+
Abituriyentlərə ödənişsiz kömək edəcək mərkəzlər yaradıldı


Dövlət İmtahan Mərkəzinin regional bölmələrində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri" yaradılıb.

"Abituriyent Məsləhət Mərkəzləri"ndə əməkdaşlarımız abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, "Abituriyentin elektron ərizəsi"nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aşağıdakı ünvanlarda fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət edə bilərlər:

Naxçıvan MR Regional Bölməsi

Naxçıvan şəhəri, Nizami küçəsi, 10
+99 (036 5) 44 04 02;

Göyçay Regional Bölməsi

Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43
+99 (020 27) 4 66 74;

Şəki Regional Bölməsi
Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182
+99 (024 24) 4 66 14;

Xaçmaz Regional Bölməsi
Xaçmaz şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 7b
+99 (023 32) 5 01 21;

Lənkəran Regional Bölməsi
Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52
+99 (025 25) 5 24 82;

Gəncə Regional Bölməsi
Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina
+99 (022 25) 6 50 67;

Şirvan Regional Bölməsi

Şirvan şəhəri, Rəsulzadə küçəsi, 19
(021 21) 5 15 23;

Bərdə Regional Bölməsi

Bərdə ş., H.Əliyev prospekti, 100
​(020) 205-01-86.

Xatırladaq ki, Bakı şəhərində "Abituriyent Məsləhət Mərkəzi" Azərbaycan Universitetində yaradılıb həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71.

Növbəti "Abituriyent Məsləhət Mərkəzi" isə Qərbi Kaspi Universitetində yaradılacaq. Qərbi Kaspi Universitetində fəaliyyət göstərəcək məsləhət mərkəzi haqqında əlavə məlumat veriləcəkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar