Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Həmin dərs vəsaiti təcili qadağan olunmalıdır” - Təhsil eksperti

Tarix: 08-10-2016 18:20     Baxış: 3461 A- / A+
“Həmin dərs vəsaiti təcili qadağan olunmalıdır”


Dini ədəbiyyat çap edən “Qələm” nəşriyyatının “Mən düzgün yazıram” kitabında məktəbəqədər yaşlı uşaqlara açıq-aşkar din təbliğ olunur.

Lent.az-ın əldə etdiyi fotofaktda dinin təbliğ edilməsi özünü aydın göstərir.

Modern.az saytı məsələ ilə bağlı təhsil eksperti Etibar Əliyevə müraciət edib. O, bildirib ki, təhsilin bu pilləsində belə bir şey varsa, bunu çox pis hal kimi qəbul edir:

“Bu yaşda uşaqlara dini təlqin etmək qətiyyən olmaz. Ümumiyyətlə, orta məktəb şagirdlərinə də dinin təbliğ olunması, dini kitabların gətirilməsi qadağan olunmalıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da məktəbəqədər təhsil müəssisələri dünyəvi xarakter daşımalıdır. Əgər belə hal varsa, həmin dərslik təcili olaraq yığışdırılmalıdır. Digər tərəfdən, bu məsələdə Təhsil Nazirliyinin rolu istisnadır. Neçə illərdir ki, məktəbəqədər müəssisələr təhsil nazirliyinin tabeliyində deyil. Ona görə də belə bir nəzarətsizlik yaranıb. Hətta, gələcəkdə də dini kurrikulumun hazırlanması zamanı dini mətnlərin verilməsini, uşaqlara namazın və ya dini duaların öyrədilməsini yolverilməz hesab edirəm”.

Etibar Əliyev məktəbəqədər təhsil müəssisəsində belə bir halın baş verdiyini təhsil sisteminə zərbə kimi qiymətləndirib.

“Dinin təbliğ olunması, uşaqların təfəkkürünü birmənalı şəkildə dominant formada dinə yönəldə bilər. Konstitusiyamızın təhsilə aid olan hissəsinə, o cümlədən, bütün pedaqoji prinsiplərə ziddir. Mətn hansı vəsaitdə əks olunubsa, həmin vəsait qadağan olunmalıdır. Uşaqları dinə yönəltmək doğru deyil. Bizim tədris proqramlarımızda din tədris olunmur. Belə halın baş verdiyini qətiyyətlə pisləyirəm və təhsil sistemimizə vurulan zərbə hesab edirəm”.

“Həmin dərs vəsaiti təcili qadağan olunmalıdır”


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar