Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sınaq imtahanına qeydiyyat başa çatır

Tarix: 09-04-2018 10:01     Baxış: 4488 A- / A+
Sınaq imtahanına qeydiyyat başa çatır


I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 15-də keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatır.

DİM-dən verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. Sınaq imtahanına qeydiyyat 10 aprel saat 10:00-dək aparılacaq.

Sınaq imtahanının 18 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, imtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdirilib.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Hesab" bölməsində "Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı"> "Sınaq imtahanının növü"> "Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı" ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edibeservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Qeyd edək ki, aprelin 29-da keçiriləcək növbəti sınaq imtahanına qeydiyyat isə 24 aprel saat 10:00-dək aparılacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar