Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Şəhər və ucqar kənd şagirdləri üçün ingilis dili üzrə eyni tələblər qoymaq düzgün deyil"

Tarix: 03-04-2018 18:59     Baxış: 3597 A- / A+
"Şəhər və ucqar kənd şagirdləri üçün ingilis dili üzrə eyni tələblər qoymaq düzgün deyil"


Monitorinq imtahanlarında qapalı tipli tapşırıqlarla müqayisədə açıq tipli tapşırıqlara cavab verməkdən imtina edənlərin faizi xeyli yüksəkdir, xüsusilə "siz necə düşünürsüz" tipli suallarda imtinaların sayı daha yüksək - 70 %-dir.

Manevr.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Azərbaycan dili, rus dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq imtahanlarının nəticələrini təqdim edən M.Abbaszadə bildirib ki, 2013-cü il ilə müqayisədə 2017-ci ildə Azərbaycan dili və rus dili fənləri üzrə nəticələrdə müsbət dinamika müşahidə olunur, lakin riyaziyyat fənni üzrə müsbət dinamika müşahidə olunmur. İngilis dili fənni üzrə monitorinq imtahanları yalnız 2017-ci ildə keçirilmişdir. Sədr bununla bağlı sədr qeyd edib ki, problemin həlli yolunun müəyyən edilməsi üçün həmin suallar əsasında xarici dil müəllimləri üçün (hər hansı seçmə əsasında) imtahan keçirilməlidir.

Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən, Şura üzvü Ceyhun Bayramov bildirib ki, belə imtahanlar nazirlik tərəfindən Azərbaycan dili və ədəbiyyat, eləcə də riyaziyyat müəllimləri üçün keçirilmiş və nəticələr təhlil olunmuşdur. Müzakirələr zamanı qeyd olunmuşdur ki, ingilis dili fənni üzrə şəhər və ucqar kənd məktəbləri şagirdləri üçün eyni tələblər qoymaq düzgün deyil.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar