Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Ali təhsil müəssisələrinin etməli olduğunu DİM edir"

Tarix: 11-03-2018 13:48     Baxış: 3583 A- / A+
"Ali təhsil müəssisələrinin etməli olduğunu DİM edir"


Azərbaycanda peşəkar, ixtisasını bilən kütləvi müəllim ordusunun formalaşmasında TQDK-nın (indiki Dövlət İmtahan Mərkəzi (DİM)) rolu var.

Manevr.az-ın məlumatına görə, bunu təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

O deyib ki, məhz repititor kimi qəbul imtahanlarına abituriyent hazırlaşdıran müəllimlər ixtisasını daha dərindən mənimsəyir, üzərində çalışır, yenilikləri öyrənir, testlər hazırlayır:

"Amma repititorluqla məşğul olmayan müəllimlər bunun az hissəsini edir.
DİM indi də yeni standartlar əsasında həm özü üçün, əsas da müəllimlərin uzun müddət ərzində başa düşmədiyi kurikulum ilə müəllimlərin təliminə - marker təliminə başlayıb. Əlbəttə ki, bu təlimlər ödənişlidir. 100 manatdır. Əslində normal qiymətdir".

K.Əsədov qeyd edib ki, DİM-in təşkil etdiyi təlim faydasız olmaz:

"Əsas da məhz onlar hansı standartlardan qəbul imtahanlarında istifadə olunacaq, qiymətləndirmə meyarları kimi vacib nüanslar təlim iştirakçılarına öyrədiləcək.
Qısası, əslində ali təhsil müəssisələrində öyrədilməli olanı DİM öyrədəcək.
Çünki orta məktəb müəllimləri bu standartların tələblərinə uyğun demək olar ki, tədrisi qura bilmir və ya düzgün tətbiq etmir.
Pedaqoji kadrların hazırlanması ilə məşğul olan universitetlər kurikulum barədə ya dərs keçmir, yada işini ancaq standartları əzbərlətməklə bitmiş hesab edir"./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar