Xəbər lenti
Məktəblilər üçün 20 min dollarlıq MÜKAFAT FÜRSƏTİ
"Qızıl Bayt 2018" (Golden Byte) beynəlxalq kompüter çempionatı keçiriləcək.
Manevr.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən milli.az-a verilən məlumata görə, STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə keçirilən çempionatın əsas məqsədi informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını təmin etmək və layihələrinə dəstək verməkdən ibarətdir.
Bu il azərbaycanlı gənclər Təhsil Nazirliyinin dəstəyi ilə ikinci dəfə çempionatda iştirak edəcəklər.
Çempionat proqram, innovasiya layihələri, sistem inzibatçıları, mobil proqramlar, oyun və oyun personajlarının yaradılması, web-layihələr, qısa film, məlumat bazaları ilə iş üçün proqram, 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə keçiriləcək.
Bundan başqa, ümumi təhsil müəssisələrinin şagirdləri 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə yuxarıda sadaladığımızdan əlavə təbiətin qorunması, sosial problemlərin həlli kimi proyekt və ideyaları da təqdim edə bilərlər. Həmin şagirdlərin müəllimləri də mentor kimi layihəyə cəlb oluna bilər.
Yarış qeydiyyat, regional final və beynəlxalq finaldan ibarət olmaqla üç mərhələdə keçiriləcək. Layihələrin qəbulu martın 15-nə qədər çempionatın rəsmi http://goldenbyte.org/ru/ səhifəsində aparılacaqdır.
Qeyd edək ki, artıq 10 ildir ki, təşkil olunan "Qızıl Bayt" çempionatının Ukraynada keçiriləcək beynəlxalq final mərhələsinin qalib layihəsinə 20 000 dollar məbləğində pul mükafatı veriləcək.
Xatırladaq ki, ötən il "Qızıl Bayt 2017" (Golden Byte) beynəlxalq kompüter çempionatında ölkəmizi təmsil edən iştirakçılar 2 qızıl və 2 bürünc medala layiq görülmüşdülər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar