Xəbər lenti
"Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb"-Təhsil Nazirliyi
Azərbaycanın oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın - PIRLS 2016 tədqiqatında iştirak edən 4-cü sinif şagirdlərinin nəticələri ictimaiyyətə təqdim olunub.
Manevr.az xəbər verir ki, bununla bağlı bu gün keçirilən təqdimatda çıxış edən Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, "Progress in International Reading Literacy Study" (PIRLS) - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb.
İbtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramı olan PIRLS 2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilir. Azərbaycan bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin iştirak etdiyi bu qiymətləndirmə tədqiqatında ölkələr üzrə orta bal 500 bal olaraq müəyyən edilir.
E.Əmrullayev qeyd edib ki, Azərbaycan PIRLS, TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak edir. Beynəlxalq qiymətləndirmə proqramları təhsilin keyfiyyətinin qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə ölkədə təhsil prosesi haqqında məlumat əldə etməyə, həlli tələb olunan əhəmiyyətli problemləri araşdırmağa, nəticələrin beynəlxalq təcrübə ilə müqayisəsinə imkan yaradır.
Onun sözlərinə görə, PIRLS 2011 tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin "mükəmməl" səviyyəyə daxil olan payı 0 faizdən 2016-cı ildə 2 faizə qədər artıb. "Yüksək" səviyyə üzrə isə şagirdlərin nəticələri 2011-ci il ilə müqayisədə 9 faizdən 2016-cı ildə 16 faizə yüksəlib. Başqa sözlə, ölkə üzrə son 5 ildə "mükəmməl" və "yüksək" səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. "Aşağı" səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin payı 37 faizdən 27 faizə enib və ya 10 faiz azalıb.
E.Əmrullayev bildirib ki, PIRLS 2016 proqramına ümumilikdə 60 iştirakçı ölkə (ştat, zona və s.) üzrə 340.000-dən çox şagird, 330 000 valideyn, 16 000 müəllim, 12 000 məktəb cəlb olunub. Azərbaycan üzrə isə təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6000-dən çox 4-cü sinif şagirdi, 340 müəllim və 6000-dən çox valideyn iştirak edib./ trend
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar