Xəbər lenti
İmtahana gedəcək şagirdlər BUNLARI BİLMƏLİDİR
Dövlət İmtahan Mərkəzi 9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələr yayıb.
DİM-dən publika.az-a verilən məlumatda bildirilir ki, imtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini (xətkeş, pərgar və transportir) gətirməyi unutmamalıdır.
“İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlmək mütləqdir:
“İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır. İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşməlidir. İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır. Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqlərində, sual kitabçasında və esse vərəqində yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verilməlidir.Sizə verilmiş cavab vərəqlərinin 1-ci və 2-ci bəndlərini diqqətlə oxuyun və imzanızla təsdiq etməlisiniz. Sual kitabçasını, cavab vərəqlərini və inşa vərəqini qatlamaq, əzmək, orada lazımsız qeydlər etmək olmaz. Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki cavablar nəzərə alınır. Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış cavab vərəqində qeyd olunmalı və yazılmalıdır.İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcək”.
Məlumatda həmçinin vurğulanır ki, səhv cavabların nəticələri düz cavablara təsir etmir:
“Ana dilindən tapşırıqları cavablandırmaq üçün uyğun mətni diqqətlə oxumaq lazımdır. Ana dilindən 1-5, 11-15 nömrəli tapşırığa aid verilmiş 5 cavabdan yalnız biri doğrudur. Bu tapşırıqları cavablandırarkən yalnız bir cavabı nümunədə göstərilən qaydada, səliqəli şəkildə qaralayın. İki və daha çox sayda cavab (dairə) qaralanarsa, həmin tapşırığın cavabı səhv hesab olunacaq.Ana dilindən 6-10, 16-20, riyaziyyatdan isə bütün tapşırıqlar (21-30 nömrəli) yazı işi tapşırıqlarıdır. Ana dili fənnindən hər bir tapşırığa verilən cavabı və tapşırığa aid fikirlərinizi həmin tapşırıq üçün ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazmaq lazımdır.Riyaziyyat fənnindən hər bir tapşırığın həllinin bütün mərhələlərini (izah etməklə və istifadə edilən xassələri, teoremləri, aksiomları göstərməklə) və cavabını həmin tapşırıq üçün ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın. Nəzərə alın ki, həlli yazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda da “0” (sıfır) balla qiymətləndiriləcək.
Riyaziyyat fənnindən 28-30 saylı tapşırıqlar situasiyaya aiddir. Situasiyanı diqqətlə oxuyub və orada verilmiş məlumatlardan istifadə edərək həmin tapşırıqları cavablandırmaq lazımdır. Hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər.Hər bir tapşırığın cavabını (və ya tapşırıqla bağlı fikirlərinizi, tapşırığın həllini) cavab vərəqində həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun hissədə qeyd edib və ya yazmaq lazımdır. Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqlərinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verməlisiniz. Esse (inşa) yazacaq olan şagirdlər cavab vərəqlərini və sual kitabçasını təhvil verdikdən sonra esse vərəqini təhvil almalıdır, üç mövzudan biri seçilməli və mövzunun adı mütləq ayrılmış sahədə yazılmalıdır, Esseyə (inşaya) aid plan tərtib edilməli və həmin plan əsasında ən azı 1 səhifə (250 və ya daha çox söz) həcmində olmalı, həm yazı işi, həm də esse tünd-göy və ya qara rəngli diyircəkli qələmlə səliqəli və oxunaqlı xətlə yazılmalıdır. Esseni yazıb bitirdikdən sonra esse vərəqi nəzarətçiyə təhvil verilməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar