Xəbər lenti
"Tədqiqatla məşğul olan şagirdlər təhsildə böyük uğurlar qazanırlar"
Bu gün Təhsil Nazirliyi "Sabahın alimləri" VII Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimini keçirib.
Manevr.az trend-ə istinadən xəbər verir ki, müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Prezident yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə çıxış edən təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov şagirdlərin elmi yaradıcılığına həsr olunan müsabiqəyə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib.
7 il ərzində müsabiqənin uğur qazandığını deyən C.Bayramov qeyd edib ki, bu illər ərzində müsabiqədə ümumilikdə 1187 nəfər iştirak edib ki, onlardan 549-u qızlar, 638 nəfəri isə oğlanlar olub.
C.Bayramov bildirib ki, şagirdlərin sonrakı nailiyyətləri Təhsil Nazirliyi tərəfindən təhlil edilərək müəyyənləşdirilib: "Məlum olub ki, tədqiqatla məşğul olan şagirdlər təhsildə də böyük uğurlar qazanır, yüksək balla ölkəmizin ali təhsil müəssisələrinə və ya xarici ölkələrin tanınmış universitetlərinə qəbul olur, təhsillərini uğurla davam etdirirlər".
Tədbirdə qeyd olunub ki, bu il 79 şagirdin hazırladığı 46 layihə münsiflər heyəti tərəfindən seçilib. I yerə 12 şagird (7 layihə), II yerə 28 şagird (15 layihə), III yerə 39 şagird (24 layihə) layiq görülüb. Əvvəlki illərdən fərqli olaraq bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb olunub.
Sonra 8 nominasiya üzrə seçilən qaliblər təltif olunub.
Daha sonra bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəllifinin adları açıqlanıb.
Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar