Xəbər lenti 
					
 
		I, II, IV və V ixtisas qruplarına YENİ İXTİSASLAR əlavə edilib - SİYAHI
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişikliklər edib.
Manevr.az report-a istinadən bildirir ki, qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən dəyişikliklərə görə, qaydaların 1 nömrəli əlavəsində "İxtisas qrupları və ixtisaslar" üzrə I ixtisas qrupu sütununda "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası ləğv edilib.
Əvəzində I ixtisas qrupu sütununa aşağıdakı məzmunda 79-84-cü hissələr əlavə edilib:
79. İnformasiya texnologiyaları
80. Sistem mühəndisliyi
81. Sənaye mühəndisliyi
82. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
83. Şəhərsalma
84. Şərabçılıq.
II ixtisas qrupu sütununa isə aşağıdakı məzmunda 21-ci və 22-ci hissələr əlavə edilib:
21. Davamlı inkişafın idarə edilməsi
22. İdman menecmenti və kommunikasiya
IV ixtisas qrupu sütununa aşağıdakı məzmunda 16-18-ci hissələr əlavə edilib:
16. Bitki mühafizəsi
17. Bağçılıq və tərəvəzçilik
18. Bədən tərbiyəsi və idmanda reabilitasiya
V ixtisas qrupu sütununa aşağıdakı məzmunda 22-ci və 23-cü hissələr əlavə edilib:
22. Məşqçi (idman növü üzrə)
23. Rəqs müəllimliyi.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















