Xəbər lenti 
					
 
		Məktəbdəki ƏXLAQSIZLIQLA bağlı Təhsil Nazirliyi BU ADDIMI ATDI
Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində baş vermiş hadisə ilə bağlı müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində baş vermiş hadisə ilə bağlı təhsilalanların yaş həddi nəzərə alınmaqla onların mənafeyinin qorunması, həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə halların baş verməməsi üçün Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumların mütəxəssisləri də cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir:
“Eyni zamanda müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Şagirdlərin yetkinlik yaşına catmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur”.
Xatırladaq ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksiin 11-ci sinfində oxuyan Cavidan Rzayev 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olib və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.publika.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















