Xəbər lenti 
					
 
		Orta təhsillə bağlı qanun layihəsinin hazırlanmasına yazdan başlanılacaq

"Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsinin hazırlanması üçün ilkin hazırlıq işlərinə yaz aylarında başlanılacaq.
Bunu trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, "Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsini hazırlamaq üçün yaz aylarında işçi qrupunun yaradılması və ilkin hazırlıq işlərinə başlanılması nəzərdə tutulur.
İ.Həbibbəyli parlamentin yaz sessiyası ərzində "Peşə təhsili haqqında" qanun layihəsinin müzakirələrini yekunlaşdırılaraq sənədi tam hazır etmək nəzərdə tutulur:
"Milli Məclis tərəfindən "Peşə təhsili haqqında" qanun layihəsi 1-ci oxunuşda qəbul edilib. Yaz sessiyasında qanun layihəsinin həm komitədə, həm də plenar iclaslarda müzakirələrini keçirərək onu tam hazır etmək nəzərdə tutulur. Hər iki qanun layihəsi 2018-ci ilin Elm və təhsil komitəsinin əsas fəaliyyət istiqamətləridir".
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















