Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

220 saylı məktəb-liseydə nə baş verir? - TƏFƏRRÜAT - VİDEO

Tarix: 06-02-2018 19:55     Baxış: 1436 A- / A+
220 saylı məktəb-liseydə nə baş verir? - TƏFƏRRÜAT - VİDEO


"Dolu" filmində "Drakon" obrazını yaratmış tanınmış aktyor Rza Rzayev məktəb direktorunun otağına daxil olaraq onu təhqir edib və hədələyib.


Manevr.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, baş verən hadisə isə direktorun otağında quraşdırılan kameraya düşüb. Bakıda 220 saylı-məktəb-liseydə baş verən bu hadisənin təfərrüatlarını əməkdaşlarımız araşdırıblar.

Tanınmış aktyor direktorun otağına daxil olaraq onunla mübahisə edib. Daha sonra isə aktyor direktoru hədələyərək oranı tərk edib.
Hadisə Paytaxtın Nizami rayonu ərazisində yerləşən 220 saylı məktəb-liseydə baş verib. Bütün olanlar isə direktorun otağında quraşdırılan kameraya anbaan qeyd olunub. Yayılan məlumatlara görə, aktyor Rza Rzayev bacısı Zeynəb Rzayevanın məktəbdə vəzifə səlahiyyətinin azaldılması səbəbindən bu addımı atıb. 220 saylı məktəb-liseyin direktor əvəzi Tural Mirzəliyev deyir ki, 4 aydan çoxdur ki, bu məktəbə direktor əvəzi təyin olunub. Direktor əvəzi iddia edir ki, məktəbə təyin olunanda təlim-tərbiyə işləri üzrə direktor müavini Zeynəb Rzayevanın işində nöqsanlar aşkar olunub. O, məktəb rəhbərliyindən xəbərsiz təhsil ocağında müxtəlif şirkətlərə məxsus təhsil kursları ilə bağlı reklam broşürləri paylanıb. Buna görə də ona bir neçə dəfə xəbərdarlıq edilib.
Ancaq nəticə əldə edilmədiyinə görə ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə 2-ci yarım ildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Heç bir maaş dəyişikliyi gözlənilmədiyi halda, Zeynəb Rzayeva bu qərara etiraz edib. Bundan sonra isə onun qardaşı məktəbə hücum çəkərək onu hədələyib.
Zeynəb Rzayeva isə iddia edir ki, məktəbdə təhsil şirkətlərinə məxsus reklam broşürlərinin paylanılmasında onun rolu olmayıb. Direktorla onun arasında yaranan mübahisəyə gəlincə isə, Zeynəb Rzayevə bildirdi ki, direktor əvəzi Tural Mirzəyev dəfələrlə gənc xanım müəllimələri otağına cağıraraq onların adının mənası ilə maraqlanıb. Bu isə həmin müəllimələrin narazılığna səbəb olub.
Aktyor Rza Rzayev isə məktəbə hücum çəkmədiyini, direktor əvəzinə bacısının işdən çxıması ilə bağlı müraciət etdiyini bildirib. Bununla yanaşı, o, Tural Mirzəliyevə müəllimələrin şəxsi həyatına qarşımaması üçün sadəcə xəbərdarlıq etdiyini iddia edir.
Artıq məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi də məlumat yayıb. Məlumatda bildirilib ki, 220 nömrəli məktəb-liseydə idarə əməkdaşının iştirakı ilə müəllimlərlə iclas keçirilib və müəllimlər tərəfindən müvafiq iddiaların tamamilə əsassız olduğu bildirilib. Hazırda məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır. Bununla yanaşı, məktəb rəhbərliyi tərəfindən hadisə ilə bağlı hüquq -müahifzə orqanlarınada şikayət olunub.

Manevr.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar