Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xaricdə bu universitetdə 15 minə yaxın azərbaycanlı təhsil alır- ŞƏRTLƏR AÇIQLANDI

Tarix: 28-01-2018 20:51     Baxış: 3657 A- / A+
Xaricdə bu universitetdə 15 minə yaxın azərbaycanlı təhsil alır- ŞƏRTLƏR AÇIQLANDI


Yaxın qonşu ölkələrin birində ali məktəbə attestatla qəbul olunmuş 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır.
Manevr.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

S.Gözəlovun sözlərinə görə, xarici ölkələrin ali məktəblərinə attestatla qəbul olunmuş Azərbaycan vətəndaşlarının ölkəmizin ali məktəblərinə köçürülməsi üçün şərtlər olduqca ağırdır: "Onların köçürülməsi üçün ailənin ciddi sosial problemləri, sağlamlıq vəziyyəti kimi əsaslar olmalıdır".

Belə halların TN tərəfindən ciddi araşdırıldığını deyən S.Gözəlovun sözlərinə görə, xarici ölkələrin ali məktəblərində qiyabi təhsil alan Azərbaycan vətəndaşları köçürülmək üçün müraciət edə bilməzlər. Onların köçürülməsinə birmənalı şəkildə icazə verilmir.

Nazirlik rəsmisi onu da əlavə edib ki, tələbələrin köçürülməsi fevralın 1-dən 7-dək davam edəcək. Bu müddətdə tələbələr www.transfer.edu..az saytına müraciət etməklə ali təhsil müəssisəsini, ixtisasını dəyişə bilərlər.

Portalın fevralın 1-dən aktivləşəcəyini deyən S.Gözəlov bildirib ki, köçürülmək istəyən tələbələrin orada qeydiyyatdan keçməsini vacibdir:

"Əgər TN tərəfindən aparılan təhlillər nəticəsində köçürülmə məqbul sayılacaqsa, tələbə artıq növbəti semestrdən yeni məktəbdə, yaxud yeni ixtisas üzrə təhsil ala biləcək”.

S.Gözəlov deyib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, eyni zamanda xaricdə yaşayan azərbaycanlılar da portal vasitəsilə müraciət edə bilərlər: "Amma bu halda qaydalar bir qədər fərqli olur. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin köçürülməsi Nazirlər Kabinetinin 2015-ci ildə verdiyi 125 saylı qərarı ilə tənzimlənir. Belə şəxlərin köçürülməsi zamanı bal məhdudiyyəti nəzərə alınmır. Əcnəbilər birbaşa köçürülmək istədiyi ali təhsil müəssisələrinə də müraciət edə bilərlər”.

S.Gözəlov qeyd edib ki, ötən tədris ilində köçürülmə üçün müraciət edən, lakin rədd cavabı alan tələbələr də bu il yenidən müraciət edə bilərlər.

Nazirlik rəsmisi ötən tədris ilində portal vasitəsilə 1191 tələbənin köçürüldüyünü xatırladıb./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar