Xəbər lenti 
					
 
		Deputat alimlərə hirsləndi: İndi hamımız “qəşənk” olacağıq?

Azərbaycan Milli Elmlər Akademiyasının alimləri elə bil dilimizin qəsdinə durublar.
Bunu yazıçı, millət vəkili Aqil Abbas deyib.
“İndi də yeni bir Orfoqrafiya lüğəti tərtib edirlər, məsələn, “qəşəng” sözü “qəşənk” yazılmalıdır. Niyə, qaqa, “k”la yazanda hamımız “qəşənk” olacağıq? Nə bilim, day bir də hansısa hərfləri dəyişirlər” – deyən millət vəkilinin sözlərinə görə, orta məktəblərimizdə müəllimlərimiz “qəşəng” sözünü uşaqlara heç “qəşəng” kimi öyrədə bilmirlər, bir imla yazdırılsa, 80 faizində yüz orfoqrafik səhv tapılar.
“İndi də “qəşənk” yazmağı öyrədəcəyik. Nə bilim iki samitin biri düşməlidi, “ədəbiyyat” yox, “ədəbiyat” yazılmalıdı, “riyaziyyat” yox, “riyaziyat” yazılmalıdı. Deməli, adında iki samit olanlar gedib pasportlarını, şəxsiyyət vəsiqələrini dəyişməlidirlər də?! Məsələn, “Məhərrəm” yazılmalıdır “Məhərəm”, adam da səhv elədi ortadakı “ə”ni yedi “Məhərəm” oldu “Məhrəm” Məsələn, “eşşək” sözünü “eşək” yazmalıyıq. “Eşək” hara, “eşşək” hara?! Hələ elə adamlar var ki, onlara “eşşək” deyəndə də ürəyin soyumur, üç “ş”la deyəndə ləzzət eləyir.
Hörmətli, alimlər! Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi ilə bağlı sərəncam verib, başına oyun açılması ilə bağlı yox. İndi iki samitdən birini ixtisar etsək, onda Azərbaycan Milli Elmlər Akademiyası day indən belə Azərbaycan Mili Elmlər Akademiyası yazılacaq? Mən ölüm, nə təhər dedim?! Qəşşənggg! Üzr istəyirəm, qəşənk!
Hörmətli alimlər, imkan tapanda Vaqifi, Süleyman Rəhimovu, Səməd Vurğunu təzədən bir oxuyun. O qədər unutduğumuz söz tapacaqsınız ki, özü də təmiz Azərbaycan dilində! Yox, əgər buna imkanınız yoxdusa, onda heç olmasa xarici işlər nazirimiz Elmar Məmmədyarovu məsləhətçi kimi Akademiyaya dəvət edin” – deyə, A. Abbas sözlərinə əlavə edib./Oxu.Az/
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















