Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Daha bir direktor məktəbdə şagirdlə intim münasibət zamanı ifşa olundu -İDDİA

Tarix: 11-01-2018 21:33     Baxış: 4678 A- / A+
Daha bir direktor məktəbdə şagirdlə intim münasibət zamanı ifşa olundu


Gözümüzü açandan məktəbi məbəd,müəllimi müqəddəs saymışıq.Amma çox təssüflər olsun ki,bu gün müəllim adına ,müəllim vəzifəsinə xələl gətirənlər var.Mətbuatda Xaçmaz məktəbində başverənlər gündəmə gəldi direktor işdən kənarlaşdırldı.Amma çox təssüflər olsun ki,bundanda betər hadisə Sabirabad rayon 8 saylı orta məktəbdə baş vermişdir.Qeyd edək ki,Sabirabad rayonu və onun əhalisi hər zaman milli- mənəvi dəyərlərimizi qoruyan ,mentalitetimizi dəyərləndirən bir rayon kimi hər zaman tanınmışdır.Redaksiyamıza Sabirabad rayonundan valideynlər müraciət etmişdilər.Vətəndaşlar qeyd edib ki,8 sayli Sabirabad rayon məktəbində məktəbin direktoru məktəbdə şagirdlə intim münasibət zamanı ifşa olunub.Amma maraqlı məqam odur ki, iş prokrorluq ,hüquq mühafizə orqanları tərəfindən şər böhtan xarakterli olduğunu iddia edib və işə xitam verilib.Bəs əgər bu şantaj və şər böhtan idisə niyə görə qarşı tərəf cinayət məsuliyyətinə cəlb olunmadı? Əhali qeyd edir ki,rayonlarıda baş verən bu hadisə onları çox narahat edir məktəb direktoru isə heçnə olmamış kimi yenidən öz işindədir.Bəs yaxşı biz indi övladlarımızı o məktəbə necə etibar edək? Məsələnin nə qədər doğru olmasına aydınlıq gətirmək üçün məktəbin direktoru Etibar müəllimlə redaksiyamızdan əlaqə saxladılar.Direktor belə bir hadisənin baş verdiyini etiraf etdi lakin bunun şantaj və şər böhtan olduğu üçün məsələyə Sabirabad rayon prokrorluğu xitam verdiyini dedi. Daha sonra Sabirabad rayon icra başçısının 1-ci müavini Həsən Həsənovla telefon əlaqəsi saxladıq Həsən müəllimə belə bir hadisədən məlumatınız varmı sual verdikdə cavab belə oldu:”Bəli belə bir hadisə olmuşdur hüquq mühafizə orqanları tərəfindən məsələ araşdırıldı şantaj xarakterli olduğu üçün bu iş bağlandı.”Sual etdikə əgər şantaj idisə niyə görə qarşı tərəf cəzalanmadı axı şanaj özüdə cinayətdir xüsusi ilə bu cür ağır bir ittihamla?Həsən müəllim bu dəfə daha maraqlı cavab verdi .”Mən camaatı qızışdıran deyiləm ki, məktəblə mənim evimə yaxındır yeni məktəbdir heç bir problemdə yoxdur”



Nə deyək olsun Həsən müəllim,belə çıxır ki,rayon icra hakimiyyətinin rəhbərliyi kimi sizi vətəndaşların narahatlığı və körpələrin gələcəyi maraqlandırmır.

Sabirabad rayon polis şöbəsinin rəis müavini Bəyməmməd müəllimlə telefon əlaqəsi saxladıq hadisə ilə bağlı sual verdikdə cavab belə oldu:”Bəli belə bir hadisə baş vermişdir lakin bu iş sırf prokrorluğa aid olduğu üçün prokrorluqdan məlumat ala bilərsiniz”

Daha sonra Sabirabad rayon Təhsil şöbəsinin müdiri ilə əlaqə saxlamaq istəsəkdə telefonlarımıza cavab verən olmadı.

Məsələ ilə əlaqədar Sabirabad rayon prokrorluğu ilə əlaqa saxlamağa dəfələrlə cəhd etsəkdə əvvəl bildirdilər ki,səlahiyyətli insansanlar tədbirdədir günün ikinci yarisi əlaqə saxlayın günün ikinci yarisi isə telefonlarımıza cavab vermədilər.Suallarımız cavabsız qaldı

Maraqlı cavablar bizi təccübləndirdi əgər bu şər və böhtan idisə bunu ictimayyətə də çatdırmaq lazım idi.Çünki əhali çox narahatdır valideyinlər o məktəbə artıq uşaqların etibar edə bilmirlər.Bəli bu cür halların Azərbaycanda baş verməsi xüsusi ilə rayon yerlərində olması bizim milli mənəvi dəyərlərimizə xələl gətirirAmma qəhrəmanlarımızı tandırdığımız kimi,bu cür şərəfsizləri və əxlaqımıza xələl gətrinləridə ictimayyətləşdirib xalqa çatdırmalıyıq.Müəllim sözü müqəddəsdir ona ləkə düşdüsə onu təmizləmək olmaz.Axi biz azırbaycanlıyıq bizim millətə yaraşmır belə şeylər...Məktəb bir ailə direktor isə bir ailənin başçısıdır sanki ata öz övladlarına xor gözlə baxır.Amma bu şərəfsiz addım atan insan yenədə öz işindədir.Belə çıxır ki,pul ilə hər cür nalayiq hərəkət edib ört basdır etmək olar.Səlahiyyətli şəxslər bu məsələnin şantaj olduğunu desələrdə rayon camaatı belə bir hadisənin real olduğunu iddia edirlər.Yəqinki,elin sözü düz,gözü tərəzidir birdəki atalar yaxşı deyib ocaq yanmasa tüstü çıxmaz.Bu sualımıza isə cavab tapa bilmədik əgər bu məsələ həqiqətən şantaj idirsə niyə görə həmin insanlar cinayət məsuliyyətinə cəlb olunmadı?Birdə axı azyaşlı bir şagird özünü niyə biabr etsin?

Mövzu diqqətimizdədir.Qarşı tərəf olaraq mövqeyini dərc etməyə hazırıq. /baku.press/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar