Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan elminə ağır itki - FOTO

Tarix: 06-01-2018 16:36     Baxış: 2834 A- / A+
Azərbaycan elminə ağır itki - FOTO
Rusiya Federasiyasında yaşayan azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Valeh Cəfər oğlu Quliyev vəfat edib.
V.Quliyev ötən gün Moskva şəhərində qəfil ürək tutmasından dünyasını dəyişib.
Xatırladaq ki, Valeh Cəfər oğlu Quliev 1943-cü ildə Salyan rayonunun Şorsulu kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra 1963-cü ildə Bakı Dövlət Universitetinin mexanik-riyaziyyat fakültəsinə daxil olub. O, 1969-cu ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib və həmin ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olub. O, professor Y.P.Çerepanovun rəhbərliyi altında kövrək və knazikövrək möhkəmlik mexanikasının problemləri ilə məşğul olub və 1974-cü ildə Moskva Dövlət Universitetinin Elmi Şurasında disertassiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb.
V.Quliyev Moskva Avrasiya İnstitutunda böyük elmi işçi, daha sonra bölmə müdiri vəzifəsində çalışıb. Eyni zamanda 1979-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyası Elmi-Tədqiqat Mexanika və Riyaziyyat İnstitutunda xüsusi konstruktor bürosuna rəhbərlik edib. 1980-ci ildə Moskva Dövlət Universitetinin elmi şurasında "Möhkəmlik mexanikasının bəzi tətbiqi və nəzəri problemləri" mövzusunda disertassiya müdafiə edərək elmlər doktoru, 1987-ci ildə isə professor adını alıb. O, Moskva Dövlət Açıq Universitetində ali riyaziyyat kafedrasının müdiri, 1998-ci ildən tətbiqi riyaziyyat kafedrasının müdiri və Moskva Dövlət Açıq Universitetin filial direktoru kimi vəzifələrdə çalışıb. 1996-cı ildə Çuvaşiya Respublikası Mühəndis Texnologiyası Akademiyasının həqiqi üzvü, akademiki seçilib.

2005-ci ildə kosmonavt xidmətlərinə görə, V.Quliyevə general-mayor rütbəsi verilib. O, "Kosmik texnikanın əməkdar sınaqçısı", "Kosmonovtika veteranı" fəxri adlarına, 1-ci dərəcəli Böyük Pyotr, 3-cü dərəcəli "Vətənin müdafiəsi"nə görə orden və medallara layiq görülüb.

Qeyd edək ki, V.Quliyev 175 elmi əsərin, 7 dərsliyin, 2 monoqrafiyanın məllifidir.

Allah rəhmət eləsin!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar