Xəbər lenti
Valideynlərə ŞAD XƏBƏR: Bağçalarda uşaqlara geyim və ayaqqabı veriləcək
“Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil alanların sosial müdafiəsi Qaydası”nı təsdiq edilib.
Manevr.az xəbər verir ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənən bu qayda məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan dövlət müəssisələrinə qəbul edilmiş uşaqların müəssisələrdə sosial müdafiəsi məsələlərini tənzimləyir.
Qaydalara əsasən, müəssisələrdə uşaqların irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə görə ayrıseçkiliyə yol verilmir. Müəssisələrdə uşaqların sosial müdafiəsinin təmin edilməsi, onların intellektual, fiziki və psixi inkişafının, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, tərbiyəsi istiqamətlərində müəyyən edilmiş tədbirlər həyata keçirməlidir.
Onlar arasında yaş kateqoriyası nəzərə alınmaqla uşaqlar münasib şəraitlə təmin edilməli, uşaqların yaşı və səhhəti nəzərə alınmaqla, qida qəbul etmək tələbatları müəssisənin tibb işçisi tərəfindən qiymətləndirildikdən sonra onlar müəyyən edilmiş qida normalarına əsasən yeməklə , normalara uyğun olaraq uşaqlar yumşaq inventarlarla, geyim və ayaqqabı ilə təmin edilməli, uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının inkişafını stimullaşdıran mühit yaradılmalıdır. Uşaqlar onlar üçün təhlükə yaratmayan və yaşlarına uyğun oyuncaqlarla təmin edilməli və dövlət təhsil standartlarına uyğun olaraq hazırlanmış proqramlar əsasında beş yaşına çatmış uşaqların məktəbə hazırlığı təşkil edilməlidir. Öz bacarığı və istedadı ilə fərqlənən uşaqların musiqi məktəblərinə, uşaq yaradıcılıq evlərinə göndərilməsi, habelə olimpiadalarda, festivallarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə iştirakına köməklik göstərilməlidir.
Uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə əyləncəli oyunlar, müsabiqələr, yaradıcı insanlarla görüşlər keçirilir, bayram və istirahət günlərinin, tətillərin səmərəli təşkili, onların ekskursiyalara, konsert və teatr tamaşalarına, muzeylərə aparılması, ölkənin tarixinin və mədəniyyət abidələrinin öyrədilməsi təmin edilməlidir. İnkişafında qüsurlar olan və təhsildə çətinlik çəkən uşaqlara onların yaradıcılıq, intellektual və fiziki imkanlarına, yaş xüsusiyyətlərinə uyğun olaraq sosial-psixoloji və pedaqoji yardım göstərilməlidir. Uşaqlara tibbi xidmət göstərilməli və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə uşaqlara profilaktik peyvəndlər aparılmalıdır. Xüsusi kateqoriyadan olan uşaqların sosial problemlərinin aradan qaldırılması məqsədi ilə onların müəyyən edilərək aidiyyəti üzrə yönləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməlidir.
Müəssisələrdə uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər dövlət büdcəsi, ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar