Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil Nazirliyinin SƏLAHİYYƏTİ ARTIRILDI

Tarix: 24-12-2017 16:11     Baxış: 52 539 A- / A+
Təhsil Nazirliyinin SƏLAHİYYƏTİ ARTIRILDI


Manevr.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi", “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”, Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi və " Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı"nda dəyişiklik edib.

İndiyə qədər ümumtəhsil məktəbində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilibsə, bundan sonra ümumtəhsil məktəbində təhsilverənlərin attestasiyasının, təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Nazirlər Kabineti, təhsilalanların digər hallar üzrə attestasiyasının aparılması qaydası isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək. Ali təhsil müəssisələrinin bakalavriat pilləsinə yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları da artıq Nazirlər Kabineti deyil, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək. İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində artıq məhz Təhsil Nazirliyi tərəfindən və təhsil müəssisələrinin nizamnamələri ilə müəyyənləşdiriləcək.

İndiyə qədər orta ixtisas təhsili pilləsində tələbələrin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilibsə, bundan sonra ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Nazirlər Kabineti, təhsilalanların attestasiyasının aparılması qaydası isə Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan prezidentinin 2017-ci il 10 oktyabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə bu qərarlara dəyişiklik edib./apa

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar