Sizin Reklam Burada
Xəbər lenti
11-05-2024
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qəbul imtahanında yüksək bal toplayanlara – ŞAD XƏBƏR

Tarix: 19-12-2017 17:24     Baxış: 4548 A- / A+
Qəbul imtahanında yüksək bal toplayanlara – ŞAD XƏBƏR


Dövlət qulluğuna işə qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında statistik məlumatlar açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Manevr.az-a verilən məlumata görə, dekabrın 17-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 2703 nəfər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 965 nəfər imtahandan uğurla keçib.

Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları və ona uyğun olaraq dövlət qulluğuna qəbul imtahanından keçənlərin sayı, faiz göstəriciləri verilib. Cədvəldən görünür ki, imtahandan uğurla keçənlərin faizi bal intervallarına mütənasib olaraq artır.

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər, əsasən, qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 337 nəfəri ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmayıb. Onlardan yalnız 25 nəfər imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 12 nəfər xarici təhsil müəssisələrini bitirib, 2 nəfər 1992-ci ilədək ali təhsil müəssisələrinə qəbul olub, 9 nəfər xarici təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülüb, 2 nəfərin isə ali təhsil müəssisələrinə qəbul olmaq haqqında məlumatları hazırda araşdırılır.

Qəbul imtahanında yüksək bal toplayanlara – ŞAD XƏBƏR


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar