Xəbər lenti 
					
 
		Müəllimlərin yeni alətlərdən istifadə bacarıqları yetərli deyil
Müəllimlər 2012-ci ildən başlayaraq yalnız ənənəvi testlərdən istifadə ediblər.
Manevr.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O vurğulayıb ki, halbuki müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istfadə etməli idilər: "20 il ərzində müəllimləri ənənəvi tədris forması üçün öyrədə bilmişdik. Lakin kurikulum sistemi üzrə müəllimlərin yeni alətlərdən istifadə etmək bacarıqları yetərli deyil, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri də qınamaq lazım deyil".
DİM sədri bildirib ki, ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir.
M.Abbaszadə qeyd edib ki, kurikulumun tədbiqində bir sıra rayonlarda fərqlər nəzərə çarpır: "İki ildən sonra şagirdlər yeni qaydalar əsasında təşkil olunacaq müsabiqədə iştirak edəcəklər. Ölkə üzrə bu sahədə olan orta nəticələr arasında ciddi fərqlər var"./report
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















