Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Səriştəli valideynlər proqramı” kitabı təqdim edildi

Tarix: 21-09-2016 17:39     Baxış: 2562 A- / A+
"Səriştəli valideynlər proqramı” kitabı təqdim edildi


Etibar Əliyev: “Valideynlərin təhsil prosesində yeni rolu pedaqoji və psixoloji praktikanın əvvəlki tələbindən xeyli fərqlənir”

Sentyabrın 21-də “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanan pedaqoqlar, valideynlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Valideyn səriştəsinin artırılması: "Səriştəli valideynlər proqramı” adlı kitabın təqdimatı olub. Tədbiri “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev açıb.

E.Əliyev təhsilin insan həyatındakı əvəzedilməz rolundan danışaraq kitabın yazılma məqsədindən danışıb: “24 oktyabr 2013-cü ildə dövlətimizin qarşısında duran yeni strateji vəzifə kimi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası” rəsmən qəbul edilib. Zamanın bizdən tələbi təkcə geri qalmamaq deyil, biz irəli getməli, qabaqcıl təcrübəyə uyğunlaşmalı, yeni nailiyyətlərə imza atmaqdır. Adətən, bu fikirdən sonra deyirlər ki, təhsilsiz həmin uğurlara addımlamaq mümkündür. Ona görə də, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası” bizim üzərimizə tarixi vəzifələr qoyur. Bunlar yalnız pedaqoji vəzifələr deyil, xalqımızın gələcəyinin qurulmasıdır. Təhsil artıq tale məsələsidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır”.

Valideynlərin təhsil prosesindəki rolundan danışan E.Əliyev bu rolun pedaqoji və psixoloji praktikanın əvvəlki tələbindən xeyli fərqləndiyini dedi: “Valideynlərin təhsil prosesində yeni rolu çağdaş tələblərdən biri kimi ortaya çıxır. Bu rol pedaqoji və psixoloji praktikanın əvvəlki tələbindən xeyli fərqlidir. Yaxşı təcrübə yeni uğura yol açır. Valideynlərin təhsil prosesinə hazırlanması, səriştələrə yiyələnməsi təhsil sisteminin yeni vəzifəsinə çevrilir. İndi valideynlərin təhsil prosesində pedaqoqlarla ciddi əməkdaşlıq etməsi, təhsil prosesinin iştirakçısına çevrilməsi və bu işdə bacarıqlara sahib olması məqsədə çevrilib. Nəzərinizə çatdıraq ki, strategiyasında uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün “Səriştəli valideynlər” proqramının hazırlanması nəzərdə tutulur. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası” sənədində nəzərdə tutulan “Səriştəli valideynlər” proqramı hələ də mövcud deyil və təşkilatımız bu sahədə öz tövhəsini verməyə cəhd edir”.

Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Səriştəli valideynlər proqramı"nın hazırlanmasına dəstək: seminarların keçirilməsi, kitabın yazılması” layihəsi çərçivəsində hazırlanıb.


"Səriştəli valideynlər proqramı” kitabı təqdim edildi
"Səriştəli valideynlər proqramı” kitabı təqdim edildi
"Səriştəli valideynlər proqramı” kitabı təqdim edildi
"Səriştəli valideynlər proqramı” kitabı təqdim edildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar