Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Keçmiş müdirə nazirlikdə vəzifə verildi

Tarix: 21-09-2016 16:53     Baxış: 2509 A- / A+
Keçmiş müdirə nazirlikdə vəzifə verildi


Sumqayıt şəhər təhsil şöbəsinin keçmiş müdiri Vidadi Bağırov Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsində sektor müdiri təyin edilib.

Manevr.az xəbər verir ki, bu barədə azvision.az-a V. Bağırov özü məlumat verib. O, bir həftədir ki, vəzifəsinin icrasına başladığını deyib.

Qeyd edək ki, V.Bağırov 1989-cu ildən 1997-ci ilə qədər Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri şöbəsində çalışıb. 1997-ci ildə isə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 22 oktyabr 2012-ci il tarixində bu vəzifədən öz istəyi ilə azad olunub. Bir müddət Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. Daha sonra isə Qafqaz Universitetində təhsil müəssisələri ilə iş şöbəsinin müdiri olub.

O, 2009-cu ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb, eyni zamanda "Tərəqqi" medalçısıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar