Xəbər lenti 
					
 
		Sumqayıtda test müsabiqəsi keçirilib -FOTOLAR

Gənclər və İdman Baş İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “9 noyabr – Dövlət Bayrağı və 12 noyabr–Konstitusiya günü”nə həsr edilmiş test müsabiqəsi keçirilmişdir.
Manevr.az-ın verdiyi xəbərə görə, bilik yarışında çıxış edən Təhsil şöbəsinin Metodiki kabinetinin müdiri Gülbahar Haqverdiyeva, Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov iştirakçıları salamlayaraq, Dövlət Bayrağı və Konstitusiyamızın yaranma tarixindən danışmış, qarşıdan gələn 17 noyabr-Milli Dirçəliş günü münasibətilə iştirakçıları təbrik etmişlər. Çempionatın məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, məktəblilər arasında dövlət rəmzlərini təbliğ etmək, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işini gücləndirmək, onların hüquqi maarifləndirilməsi, intelektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında elmin nüfuzunu artırmaq, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.
Müsabiqədə şəhərin 47 orta ümumtəhsil məktəbin IX-XI sinif şagirdləri öz bilik və bacarıqlarını sınamışdır. Gərgin şəraitdə keçən bilik yarışının sonunda I yerə 1 saylı orta məktəbin şagirdi Rəcəbov Nurlan, II yerə 2 saylı orta məktəbin şagirdi İlyaslı Uğur, 21 saylı orta məktəbin şagirdi Abdullayeva Sona, III yerə 19 saylı orta məktəbin şagirdi Mirzəyeva Xanım, 10 saylı orta məktəbin şagirdi Paşazadə Zinyət və 5 saylı orta məktəbin şagirdi Mircəfərov Həsrətəli layiq görülmüşlər. Qaliblərə Baş İdarənin fəxri fərman və hədiyyələri, həmçinin hər bir iştirakçıya Konstitusiya kitabı təqdim edilmişdir.




 
	   
	    
		
		
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















