Xəbər lenti
Otağına saldı, dodağından öpdü və... Xaçmazda məktəb direktorundan şagirdə qarşı İYRƏNC ƏMƏL
Xaçmaz rayon Arzu kənd məktəbinin direktoru 62 yaşlı Gülfərz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkətdə ittiham edilir.
İddiaya görə, G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini otağında dodağından öpüb. Bu hadisəni həmin vaxt otağa daxil olan işçilərdən biri görüb.
Xaçmaz rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçi Ağamirzə Əzimov Publika.az-a açıqlamasında yayılan məlumatdan xəbərdar olduqlarını bildirib:
“Bu barədə valideyn polisə məlumat verib, Təhsil Şöbəsinə də şifahi müraciət olub. Müraciət əsasında şöbənin əməkdaşları məktəbdə olub. Direktor, müəllim və şagirdlər danışdırılıb, izahatları alınıb. Polisə müraciət edildiyindən məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır. Bu gün araşdırmanın nəticəsi bəlli olacaq”.
A.Əzimov bildirib ki, G.Alxasov 1996-cı ildən həmin məktəbdə direktor kimi fəaliyyət göstərir:
“Bu vaxta qədər direktor və məktəbdən hər hansı şikayət daxil olmayıb. Ancaq valideynin belə bir şikayət etməsinin səbəbi bəlli deyil”.
Təhsil Şöbəsinin əməkdaşı bildirib ki, polisin araşdırması nəticəsində valideynin iddiası təsdiqini tapsa, o zaman direktorun sonrakı fəaliyyəti barədə Təhsil Nazirliyi qərar verəcək: “Nazirliyin qərarı ilə vəzifəsindən azad edilə bilər. Bizim qərarımız yalnız onun təhsil fəaliyyəti ilə bağlı ola bilər”.
Direktor Gülfərz Alxasovla əlaqə saxlamağa çalışdıq, lakin polis bölməsində olduğundan danışa bilmədik.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar