Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Yeni universitet yaradılacaq - Azərbaycanda

Tarix: 15-09-2016 18:55     Baxış: 4554 A- / A+
Yeni universitet yaradılacaq

Manevr.az

Yaxın vaxtlarda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində universitet və ya lisey tipli təhsil müəssisəsinin təsis edilməsi planlaşdırır.

AMEA-dan verilən məlumata görə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə magistraturaya daxil olan tələbələrlə görüşündə deyib.

A.Əlizadə bildirib ki, AMEA nəzdində universitet və ya lisey tipli təhsil müəssisəsinin təsis edilməsi magistrlərə həm təhsil almağa, həm də laboratoriyalarda işləyərək təcrübə qazanmağa imkan yaradacaq.

AMEA prezidenti qeyd edib ki, akademiyada təhsil alan magistrlər nüfuzlu beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, dünya şöhrətli alimlərlə görüşə və fikir mübadiləsi apara biləcəklər. A.Əlizadə Akademiyada onların elmlə məşğul olmaları, dünya elminə inteqrasiya etmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.

A.Əlizadə qeyd edib ki, bu il 19 ixtisas üzrə 56 nəfər akademiyanın magistri adını qazanıb. Onlardan 47-si qız, 9-u isə oğlandır. AMEA-nın magistratura pilləsində təhsil almaq üçün bu il ümumilikdə 600-dən çox ərizə verilib.Trend.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar