Xəbər lenti
ADNSU 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində geniş təqdimatla iştirak edir
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 6-8 oktyabr 2017-ci il tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisində iştirak edir. “İnsan kapitalı sərvətimizdir” devizi altında keçirilən sərgidə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ali məktəbdə tədris olunan ixtisaslar, ikili proqramlar, universitetin beynəlxalq əlaqələri geniş şəkildə təqdim olunur. ADNSU-nun stendində universitetin professor-müəllim heyətinin mühəndislik, neft-kimya və informasiya texnologiyalarına aid kitabları, dərs vəsaitləri nümayiş olunur. Bununla yanaşı sərgi iştirakçıları ADNSU-nun stendində videoçarx, azərbaycan, rus və ingilis dilində prospektlər, üç adda buklet, iki dildə nəşr olunan “Oil and Industry” jurnalı vasitəsilə universitetin təqdim etdiyi tədris imkanları və yeniliklərlə tanış ola bilər. Eləcə də sərgi iştirakçıları ADNSU-nun stendində universitetin nəzdində fəaliyyət göstərən “eazi START” Startap və İnnovasiya Mərkəzinin GRP, KubiRub, Camtouch, Multivizor və digər layihələrinin prototipləri tanış ola bilər. Onu da qeyd edək ki, “eazi START” Startap və İnnovasiya Mərkəzinin üç layihəsi sərginin lektoriya səhnəsində sərgi iştirakçılarına ayrıca təqdim olunacaq. Sərginin mərkəzi səhnəsində ADNSU-nun çoxsaylı beynəlxalq festivalların qalibi olan yarım əsrdən çoxdur ki, fəaliyyət göstərən “Gənclik” Mahnı və Rəqs ansamblının nümayəndəsinin rəqs nömrəsi ilə iştirakı da nəzərdə tutulub. ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti – UFAZ da sərgidə özünün geniş tədris imkanlarını təqdim edir.
11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisində 14 ali təhsil müəssisəsinin stendləri yer alır. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzləri təqdim olunacaq.
Ümumilikdə, üç gün ərzində sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim ediləcək. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar