Xəbər lenti 
					
 
		Azərbaycanda yeni institut yaradılacaq

Azərbaycanda aqrosığorta sahəsi ilə məşğul olan vahid institut yaradılacaq.
Manevr.az xəbər verir ki, bunu Trend-ə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) yerli nümayəndəliyinin rəhbəri Aliyə Əzimova bildirib.
Hazırda IFC Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə aqrosığorta sisteminin ölkəmizdə tətbiqinə dair layihə üzərində işləyir.
A.Əzimova bildirib: "Hazırda biz bu sahədə qanunvericiliyin yaxşılaşdırılması üzərində işləyirik. Bundan əlavə aqrosığorta sahəsi ilə məşğul olacaq institut modelinin seçimi ilə bağlı danışıqlar da gedir".
Onun sözlərinə görə, Fond, bu sahə üzərində işləməkdən əlavə sığorta məhsullarının hazırlanması ilə də məşğul olacaq: "Biz gələn il ilkin sığorta məhsulları hazırlamaq üçün, aqrosığorta sahəsində risklərin qiymətləndirilməsi üçün məlumatlar toplayırıq".
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















