Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Tələbələrin nəzərinə: Açıq sualların sayı artırılacaq - DİM

Tarix: 28-09-2017 17:35     Baxış: 5478 A- / A+
Tələbələrin nəzərinə: Açıq sualların sayı artırılacaq
Azərbaycanda 2 ildən sonra tətbiq ediləcək yeni növ qəbul imtahanlarında açıq tipli test suallarının sayı daha da çox olacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, imtahanda bu suallarla yanaşı, müxtəlif növ tapşırıqlar və yazı işləri də tətbiq ediləcək:

"İki ildən sonra buraxılış imtahanları verən XI sinif məzunları yeni növ imtahanlarında iştirak edəcək. Buraxılış imtahanları 3 fəndən Ana dili, Riyaziyyat və Xarici dildən (ingilis, fransız, alman dili) olacaq. Bununla bağlı dünyada olan təcrübə öyrənilir".

M.Abbaszadə qeyd edib ki, son 20 il ərzində kütləvi imtahanlarda yalnız qapalı test istifadə edilirdi. Son 10 ildə hər bir fənn blokunda 1-2 açıq ipli sualdan başlayaraq, bu il hər bir fəndən 5 olmaqla açıq tipli test sualları istifadə edilib: " Yeni imtahanlarda belə sualların sayı daha da çox olacaq. Bu suallarla yanaşı imtahanlarda təkcə açıq tipli suallar yox, müxtəlif yazı işləri, müxtəlif növ tapşırıqlar da tətbiq ediləcək. Amma bunu tətbiq edəndə Azərbaycanın reallığını, təhsil sistemindən bunun mümkünlüyünü və praktik olaraq imtahanın təhlükəsizliyinin necə qorumaq lazım olduğunu düşünməliyik. Yeni tip tapşırıqların tətbiqi ölkədə təhsil sistemində 9 il əvvəl kurikulum sisteminə keçid, yeni standartların tətbiqi ilə əlaqədardır. Buna əsasən imtahanlar da yeni tapşırıqlara, yeni sistemə əsasən aparılacaq”.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar