Xəbər lenti
Şəhidin adını daşıyan məktəbə qarşı — ŞAMAXIDA BİABIRÇILIQ
Şamaxıda şəhid Aslan Şirinovun (Sərdaroğlu) adını daşıyan yeni məktəb binasının tikintisi gecikdirilir.
Manevr.az saytının ölkə.az-a istinadən məlumatına görə, rayonun Meysəri kəndindən olan, 1992-ci ilin fevralında Ağdərədə gedən döyüşlərdə itkin düşmüş şəhid Aslan Şirinovun adını daşıyan məktəbin binası köhnəldiyi üçün, yeni məktəb binasının inşasına maliyyə ayrılıb, layihə hazırlanıb.
Ancaq maraqlıdır ki, binanı tikməyə torpaq tapa bilmirlər. Daha doğrusu, dağın döşündə, şagirdlər və müəllimlər üçün elə də əlverişli olmayan yerdə-qəbiristanlığın yanında təklif edilən yer isə valideynləri və pedaqoji kollektivi razı salmır:
"Nazirlikdən 2-3 dəfə gəliblər. Torpaq olmadığı üçün tikinti dayanıb. Dağın döşündə, qəbiristanlığın yanında yer verirlər, ona da biz razı deyilik. Çünki kənddən aralı olur. Əsas kəndin girəcəyində ferma adlanan ərazidə xeyli boş yer var. Hansısa məmur yiyələnib deyə, icazə vermirlər. Həmin ərazidə torpaq satmağa icazə verilir, amma məktəb tikməyə qoyulmur.
Taxıl sahələrini də özəlləşdirib ev tikə bilirlər, məktəb tikməyə yer tapa bilmirlər bunlar?"
Məktəbin direktoru Vidadi Hümbətov deyilənləri təsdiqləyib:
"Hələlik heç nə yoxdur, Layihə institutundan gəlib ölçüb-biçiblər. Amma tikintiyə başlanılmayıb. Hazırda köhnə məktəbdəyik. Qəbiristanlığın yanında verilən yerdənsə ferma adlanan ərazi daha yaxşı idi. Çünki qəbiristanlıq kəndin şimal tərəfində, nisbətən dağlıq ərazidədir. Amma nə etmək olar. Yolunu düzəltsələr, gedib gəlmək olar. Bildiyimə görə, ferma tərəfdəki yeri kiməsə satıblar".
Xatırladaq ki, 18 yaşında itkin düşmüş şəhidin bu gün 42 yaşı tamam olur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar