Xəbər lenti 
					
 
		Pullu təhsil alan tələbələrə şad xəbər : Təhsil haqları…

“Maarifçi” Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verib.
Manevr.az xəbər verir ki, fond dördüncü sessiyasında 2017-2018-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı üzrə faizsiz kreditlər təqdim edib.
Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr kredit üçün müraciət edə bilər.
Elan sessiyasının ən üstün cəhəti isə faizsiz kreditin əvvəlki təhsil krediti müqavilələrinə də şamil olunmasıdır.
Qeyd edək ki, tələbələr oktyabrın 13-dək kredit almaq üçün müraciət edə bilərlər. Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında (http://maarifci.az) qeyd olunub.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















