Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

5800 tələbə BDU-nu seçdi

Tarix: 06-09-2017 18:53     Baxış: 3568 A- / A+
5800 tələbə BDU-nu seçdi


Bu il qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan 1500 nəfər Bakı Dövlət Universitetini (BDU) seçib.

BDU-nun mətbuat katibi Pərvanə İbrahimovanın Axar.az-a verdiyi məlumata görə, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür.

“BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5100, magistratura səviyyəsinə 700 nəfər qəbul edilib. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal
toplayan 390, 500-700 arası bal toplayan 1500 nəfər Bakı Dövlət Universitetini seçib ki, bu da respublikada 500-700 bal toplayan abituriyentlərin 21%-ni təşkil edir. Bu göstərici ötən tədris ili ilə müqayisədə 204 nəfər çoxdur. 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 2 nəfərin seçimi də BDU olub. Bu tədris ilində BDU-nun SABAH qruplarında təhsil alan tələbələrin sayı 172 nəfərdən 250 nəfərə qədər yüksəlib. Eyni zamanda, bu il SABAH qruplarına 10 ixtisas üzrə qəbul aparılıb ki, onlardan Psixologiya və Biologiya müəllimliyi yeni ixtisaslardır. Ümumilikdə, BDU-nun SABAH qrupları tələbələrinin sayı 595 nəfərdir”,-deyə o bildirib.

Bu il Bakı Dövlət Universitetinin bakalavriat səviyyəsində Korreksiyaedici təlim adlı yeni yeni ixtisas açıldığını da bildirən mətbuat katibi universitetin Qazax filialında da 7 yeni ixtisas açıldığını vurğulayıb:

“Cari ildə BDU-nun Qazax filialına 13 ixtisas üzrə tələbə qəbulu aparılıb və bu ötən tədris ili ilə müayisədə üç dəfə artıqdır. Həmin ixtisaslardan Fizika müəllimliyi, Riyaziyyat müəllimliyi, Kimya biologiya müəllimliyi, Sosial iş, Tarix, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi yeni ixtisaslardır. Bu il filiala Bakı şəhəri də daxil olmaqla, 54 şəhər və rayondan 400 nəfər tələbə qəbul olub ki, bu da ötən tədris ili ilə müqayisədə 262 nəfər çoxdur. Onu da bildirim ki, ixtisas seçimində Qazax filialını 150 nəfər birinci, 76 nəfər isə 2-ci və 3-cü sırada qeyd ediblər. Ümumilikdə, filialda təhsil alan tələbələrin sayı 700 nəfərdir”.

Mətbuat katibi BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyindən məzunlarının nəticələrindən də danışıb:
“Liseyin 46 məzunundan 13-ü 600-dən artıq bal toplayıb. Həmin məzunlardan 7 nəfəri qızıl, 1 nəfəri gümüş medal alıb, 9 nəfər isə fərqlənmə attestatına layiq görülüb. Liseyi bitirən məzunların hamısı əvvəlki illərdə olduğu kimi, bu il də yüksək göstəricilərlə yerli və xarici universitetlərə qəbul olunublar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar