Xəbər lenti 
					
 
		Təhsil naziri əmr imzaladı: Sabahdan etibarən...
Sabahdan Azərbaycanda təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsinə başlanacaq.
Manevr.az-ın apa-ya istinadən xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinin 2017-ci il sentyabr konfranslarının keçirilməsi haqqında müvafiq əmr imzalayıb. Əmrə əsasən, konfranslar 2017-2018-ci dərs ilində ümumi təhsil sahəsində qarşıda duran aktual vəzifələri müzakirə etmək və müvafiq təkliflər hazırlamaq məqsədilə təşkil olunacaq.
Ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları 5-12 sentyabr tarixlərində keçiriləcək. Konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində təşkil ediləcək. Konfransların plenar iclaslarında “2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilərək müzakirə olunacaq.
Rayon (şəhər) təhsil şöbələrinə (idarələri) tapşırılıb ki, plenar iclaslarda məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş, qızıl və gümüş medalla təltif olunmuş, yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların, eləcə də QHT-lərin nümayəndələrinin iştirakını təmin etsinlər, plenar və metodik bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirib sentyabrın sonunadək Təhsil İnstitutuna göndərsinlər.
Metodik bölmə iclasları isə məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar, fənlər üzrə metodbirləşmə rəhbərləri, məktəb kitabxanaçıları, praktik məktəb psixoloqları və uşaq birliyi təşkilatı rəhbərləri üçün təşkil ediləcək.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















