Xəbər lenti 
					
 
		Müəllimlərin maaşı 40 faizə qədər artacaq
2018-ci ilin sentyabrın 1-dən minlərlə müəllimin maaşı artırılacaq.
Manevr.az xezerxeber.az-a istinadən xəbər verir ki, ötən gün bununla bağlı dövlət başçısı sərəncam imzalayıb. Sərəncama əsasən, diaqnostik qiymətləndirmə ilə yanaşı hər tədris ilinin sonunda mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə işə qəbul edilən müəllimlərin də əmək haqları artırılmalıdır.
Bu təklif Təhsil Nazirliyi tərəfindən verilib. Nazirliyin nümayəndəsi Eşqi Bağırovun sözlərinə görə, diaqnostik qiymətləndirmə və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi eyni oldugundan bu fikir irəli sürülüb. İmtahanların məzmununda ciddi fərqlər olmadığından müəllimlərin maaşlarının da bərabər artırılması məqsədəuyğun hesab edilib.
Təhsil Nazirliyinin rəsmisi əmək haqlarının nə qədər artırılacağına da aydınlıq gətirib. Onun sözlərinə görə həmin müəllimlərin maaşı müxtəlif amillərdən asılıdır. E.Bağırov müəllimlərin maaşının 30-40 faiz artacağını deyib.
Qurum rəsmisi qeyd edib ki, bu addim müəllimlərin fəaliyyəti üçün bir stimul olacaq.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















