Xəbər lenti
Azərbaycanda peşə məktəblərinin adları dəyişəcək - Agentlik direktoru
Bakı və Gəncə şəhərində peşə təhsili müəssisələrinin adları dəyişdiriləcək.
Bunu Lent.az-a açıqlamasında Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib.
Onun sözlərinə görə, hazırda Bakı və digər şəhərlərdə yerləşən peşə məktəbləri nömrələrlə, məsələn, “1 nömrəli”, “2 nömrəli” peşə liseyi və ya peşə məktəbi şəkilində adlanır: “Bakıda 26 peşə məktəbi və lisey mövcuddur. Biz bu məsələni araşdıranda belə qərara gəldik ki, peşə təhsili müəssisələrinin yeni imicini formalaşdırmaq üçün ilk növbədə ixtisasları önə çıxaraq. Yəni məktəbləri nömrə ilə deyil, ixtisasla adlandıraq. Məktəblərimizin adları emal sənayesi, texnika və texnologiya, mədəniyyət və sənətkarlıq, turizm və sosial xidmətlər, aviasiya və avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, gəmiqayırma və liman işi, tikinti və quraşdırma, rabitə və informasiya texnologiyaları üzrə dövlət peşə təhsil mərkəzləri olsun. Başqa sözlə, ixtisaslaşma burada prioritet olacaq”.
F. Mustafayev bildirib ki, artıq bununla bağlı müvafiq təkliflərini Nazirlər Kabinetinə təqdim ediblər. Təkliflər artıq razılaşma mərhələsini keçib. Yaxın vaxtlarda bununla bağlı qərarın qəbulu gözlənilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar