Xəbər lenti
Direktor, direktor müavinləri sınağa çəkilib
Azərbaycanın təhsil müəssisələrində çalışan, pedaqoji fəaliyyətlə məşğul olan kadrların - direktor, direktor müavinləri, yerli təhsili idarəetmə orqanlarında çalışan metodist və dövlət qulluqçularının (tədris aparan) biliklərinin diaqnostik qiymətləndirilməsi aparılır.
Manevr.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, avqustun 17-dən başlayan diaqnostik qiymətləndirilmədə doqquz minə yaxın namizəd iştirak edir.
E.Bağırov imtahanların bütün ölkənin təhsil müəssisələrində çalışan direktor, direktor müavini, metodist və dövlət qulluqçularına şamil edildiyini bildirib. Qeyd edib ki, 2017-ci ildə Azərbaycanda çalışan bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb. Tədris ilinin sonunda isə pedaqoji fəaliyyətlə məşğul olan metodist, dövlət qulluqçusu, direktor, direktor müavinlərinin biliklərinin qiymətləndirilməsi zərurəti yaranıb. Onun sözlərinə görə, yalnız nəticələrdən sonra hansı tədbirlərin görüləcəyi məlum olacaq. Rəhbər işçilərin tədris aparmaq bacarıqları qənaətbəxş olmasa, həmin adamlar dərs demək hüquqlarından məhrum edilə bilərlər. Amma yüksək nəticə göstərən müəllimlər pedaqoji fəaliyyətlərini davam etdirə bilərlər. Bununla bağlı qərar imtahanlar tam başa çatdıqdan və təhlillər aparıldıqdan sonra qəbul ediləcək.unikal.org
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar