Xəbər lenti
DİM yeni tələbələrə müraciət etdi – Avqustun 25-nə qədər bu sənədlərlə qeydiyyatdan keçin! + SİYAHI
Dövlət İmtahan Mərkəzi (DİM) yenicə başa çatmış qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış abituriyentlərə müraciət edərək, onları daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməyə çağırıb.
Manevr.az DİM-ə istinadən xəbər verir ki, tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:
Həmin sənədlərin siyahısı:
– Attestatın əsli;
– Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
– Hərbi bilet vəya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün);
– Yaşayış yerindən arayış;
– Sağlamlıq haqqında arayış;
– 6 ədəd 3×4 ölçüdə fotoşəkil;
– Abituriyentin DİM-in bazasındakı şəxsi kabinetinin itifadəçi adı və şifrəsi;
– Ödənişli ixtisaslar üçün 1-ci ilin tam ödənişi.
Qurumdan bildirilib ki, məyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar