Sizin Reklam Burada
Xəbər lenti
23-11-2026
BÜTÜN XƏBƏRLƏR

İlahiyyat İnstitutunda oxuyan qız tələbələrin sayı AÇIQLANDI

Tarix: 24-11-2026 10:52     Baxış: 432 A- / A+
"Hazırda Azərbaycan İlahiyyat İnstitutunda 318 tələbə təhsil alır, onlardan 98-i qızlardır".
Manevr.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, magistratura səviyyəsində isə 4 qız tələbə təhsilini davam etdirir:
"İndiyədək institutdan bakalavriat üzrə 126, magistratura üzrə 13, doktorantura üzrə 5, dissertantura üzrə 1 qadın olmaqla, ümumilikdə 145 qadın məzun olub. Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecində hazırda 19 qız tələbə təhsil alır, bu günədək 4 qız məzun olub".
Komitə sədri bildirib ki, 2025-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün "Seyid Yəhya Bakuvi", "Məhəmməd İrəvani" və "Həmzə Nigari" adına təqaüd proqramları təsis edilib:
"İnstitutda təhsil alan tələbə qızların sosial inteqrasiyasını gücləndirmək, erkən evlilik, qızların təhsildən yayınması və ailədaxili zorakılıq kimi məsələlər üzrə maarifləndirmə təşəbbüslərini dəstəkləmək məqsədilə "Xurşidbanu Natəvan" təqaüdü təsis olunub".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar